Friday 26th April 2024,

2015

Ξ Leave a comment

Dövlət Sosial Müdafiə Fondunun www.sspf.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Dövlət Sosial Müdafiə Fondunun  www.sspf.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiəsi Fondunun www.sspf.gov.az ünvanlı İnternet saytında, demək olar ki, yetərli və dolğun bilgi təqdim edilir. Saytda bu sahəyə aid xidmət haqqında kifayət qədər bilgilər yer alıb. Saytın istifadəsi rahatdır. Burada sahə ilə bağlı bütün məlumatlara rast gəlmək mümkündür. Qurumun tarixi, ünvanı, rəhbərlik haqqında ətraflı məlumatlar, vətəndaşların qəbul günləri və qaydaları, dövlət qulluqçusunun etik davranışı, onlayn və telefon, faks əlaqələri, qaynar xətt, sosial şəbəkələrdə səhifələrinin olması baxımından qurumun internet resursunu yüksək dəyərləndiririk. Saytda demək olar ki, boş bölmə yoxdur.  Həmçinin, quruma gəlmək üçün marşrut və sxemi, ictimai nəqliyyat haqqında məlumatlar saytda yer alıb. Bundan başqa, digər qurumlardan fərqli olaraq DSMF-in sahə işçilərinin əmək haqqı barədə məlumatlar ətraflı qeyd edilmişdir. Qurumun saytında  elektron xidmətlər, pensiya kalkulyatoru, tender və kotirovka, vakansiyalar, onlayn ödəniş, qurumun həyata keçirdiyi proqram və layihələr haqqında geniş bilgi verilir. Mərkəzi çağrı sistemi, pensiyaçlar üçün bankomatdan istifadə qaydası, qurumun interaktiv xəritəsi, bu xəritədə hər bir şəhər və rayon üzrə ətraflı məlumatlar təqdim edilir. Bütün bunlar sayt haqda yüksək fikir söyləməyə əsas verir. Saytdan birbaşa Elekrton –Hökumət Portalına keçid də mümkündür ki, oradan da ətraflı məlumatlar əldə etmək mümkündür.

İndi isə saytın ümumi mənzərəsinə nəzər salaq.

  1. Qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza haqqında, qurumun rəhbərliyi haqda, kollegiya haqqında bilgilər yetərli səviyyədə təqdim edilir.
  2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi haqqında bilgi verilir. Həmçinin, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar da təqdim olunmuşdur.
  3. Qurumun strukturunun ümumi sxemi, aparat, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri  haqqında bilgilər təqdim edilmişdir.
  4. Rəhbər işçilər, onlarla əks əlaqə, əsas rəhbərin bioqrafiyası, qurumun rəhbəri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Rəhbərin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları də təqdim edilən məlumatlar sırasındadır.
  5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya yetərli səviyyədədir. Bundan başqa, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), qurumun həyata keçirdiyi proqram və layihələr barədə də kifayət qədər bilgi göstərilir.
  6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar da saytda əks etdirilmişdir.
  7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgi geniş əks etdirilir. Həmçinin, qurum tərəfindən təklif edilən əlavə xidmətlər də mövcuddur.  Bunlarla yanaşı Çağrı Mərkəzi, Qaynar Xətt də təqdim edilir.
  8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər təqdim edilmişdir.
  9. Sahə işçilərinin əmək haqları barədə də ayrıntılı bilgi təqdim edilmişdir.
  10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə də ətraflı məlumatlar mövcuddur.
  11.  Daha bir əks etdirilən bilgi tender və yarışmaların keçirilməsi ilə bağlıdır. Qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi saytda öz əksini tapmışdır. Yeganə təqdim edilməyən bilgi tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır.
  12. Qurumunun norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumun norma-  (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv haqqında bilgilər də saytda öz əksini tapmışdır.
  13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sosial şəbəkələrdə səhifələrinin olması və abunə imkanının mövcudluğu təqdirəlayiq haldır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV