Friday 26th April 2024,

2015

Ξ Leave a comment

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının www.cssn.gov.az ünvanlı İnternet saytı digər nazirlik və komitələrin saytından fəaliyyət istiqamətlərinə görə çox fərqlənir. Funksional şəkildə təqdim edilən saytın daxilində elektron xidmətlər üzrə ziyarətçilərə xidmət göstərən və QHT-lərlə bağlı məlumatları özündə geniş əks etdirən daha iki sayt: e-qht.az saytı və qht.xəbər.az saytları da fəaliyyət göstərir ki, bu saytların  vasitəsilə ziyarətçilər özlərinə lazım olan gərəkli bilgiləri əldə edə bilərlər. Saytda onlayn müraciət formalarının olması da təqdirəlayiq hal sayıla bilər. Qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumat təqdim edilir. Qurumun strukturu, əsas rəhbərin və struktur rəhbərlərinin bioqrafik məlumatları, onlarla əlaqə saxlamaq üçün vasitələr mövcuddur. Qurumun mətbuat üçün açıqlamaları və onların tezliyi, həmçinin, qurumdaxili əmr və qərarlar, dövlət qurumunun həyata keçirdiyi layihələr haqda yetərli məlumatlar verilir. Dövlət qurumunun təklif etməli olduğu xidmətlər, xidmətlərdən istifadə qaydaları barədə də bilgiyə rast gəlmək mümkündür. Ümumilikdə yaxşı təsir bağışlasa da, saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması diqqətdən yayınmır. Məsələn, saytda əlaqə bölməsi olmadığından, qurumun ünvanı qəbul günləri bölməsində yerləşdirilib ki, bu da internet qaydalarına uyğun deyil. Quruma işə qəbul haqda elanlara, işə qəbul qaydalarına rast gəlinmir. Tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların keçirilmə qaydaları da təqdim edilmir. Qurumun büdcəsi haqqında verilən məlumatda QHT-lərə ayrılan vəsait göstərilsə də, qurumun rəhbərliyinin və sahə işçilərinin əmək haqqı barədə heç bir bilgi verilmir.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi, rəhbərləri və kollegiya, dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza – əsasnamə və təlimatlar da saytda təqdim edilmişdir.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Lakin, ünvan ya ayrıca bölmədə, ya da əlaqə bölməsində qoyulmalıdır ki, biz buna rast gəlmədik. Ünvan Qəbul günləri bölməsində qoyulub ki, bu da düzgün deyil. Ziyarətçi qurumun ünvanını axtarmaq üçün xeyli əziyyət çəkməli olur. Həmçinin, qurumun marşrut sxemi və quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər də göstərilmir.

3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər tam şəkildə təqdim olunur. Digər bilgilər –aparat  və struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar da öz əksini tapmışdır.

4. Rəhbər işçilər, onlarla əks əlaqə, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və onlarla əks əlaqə imkanları barədə də bilgilər mövcuddur.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Qurumdaxili əmr və qərarlar, həmçinin dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı məlumatlar təqdim edilir. Mətbuat üçün açıqlamalar və onların tezliyi də diqqət çəkir.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında verilən məlumat tam deyil. Sahə işçilərinin əmək haqqı barədə heç bir bilgi saytda əks etdirilmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqqında məlumat da təqdim edilmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət imkanı haqqında bilgilər öz əksini tapmışdır.  Saytda qaynar xətt mövcud deyil.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, işə qəbulun norma və qaydaları barədə bilgilərə rast gəlinmir. Həmçinin, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də hər hansı bir bilgiyə rast gəlinmir.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilərə rast gəlinmədiyini söyləmək olar.

10. Qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları),  dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər əks etdirilir.

11.  Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar barədə bilgilər təqdim edilmir. Digər bilgilər tender və hərracların  keçirilməsi ilə bağlı elanlar, nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları  barədə də məlumat təqdim edilmir.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə təqdim edilmiş məlumatlar qənaətbəxş sayılır.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sosial şəbəkələrdən facebook və youtube-də səhifələri mövcuddur. Saytda axtarış sistemi fəaliyyət göstərir. Amma qurumun saytına abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV