Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin www.mot.gov.az ünvanlı İnternet saytı, əvvəlki illərlə müqayisədə xeyli irəli gedib. Saytın daha dolğun və daha təkmil olması diqqəti cəlb edir. Üstəlik, e-xidmətlərin verilməsi də onun üstünlüklərindən biridir. Qurumun tarixi, rəhbərlik, kollegiya, aparat, rəhbər şəxslərin bioqrafik bilgisi, onlayn əlaqə forması, elektron xidmətlər, qurumun ünvanı, əlaqə vasitələri təqdim olunur. Vətəndaşların qəbul günləri, tender və yarışmaların elanları, mətbuat üçün açıqlamalar və onların tezliyi, qurumla əlaqə saxlamaq üçün ümumi imkanlar mövcuddur. Nazirliyin alt bölümləri və regional bölmələri haqda məlumatlar geniş verilmişdir. Bununla belə, saytda bəzi çatışmazlıqlar da müşahidə edilməkdədir. Saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır. Saytın struktur sxeminin olmaması, abunə imkanının yoxluğu çatışmayan cəhətlərdəndir.

Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1. Qurumun tarixi, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və nizamnamə haqqında bilgi verilir. Qurumun rəhbəri, kollegiya və aparat haqqında verilən məlumat da yetərli sayılır. Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar və  qurumun marşrut sxemi ilə yanaşı quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

3. Qurumun strukturunun ümumi sxeminin,  qurumun alt bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, (həmin qurumların saytlarındakı məlumatlar istisna olunarsa) və struktur bölmələrinin tam ünvanları haqqında bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.

4. Rəhbər və rəhbər işçilər barədə təqdim edilmiş məlumatlar sırasına digər rəhbər işçilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər və qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərin də əlavə edilməsi tövsiyə olunur.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi intensivdir.  Qurumdaxili əmrlər və qərarlar da təqdim edilir. Bu sahədə əlavə tövsiyəyə ehtiyac yoxdur.

6. Növbəti tövsiyə ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərin saytda təqdim edilməsi tövsiyə olunur. Həmçinin saytda büdcədənkənar daxilolmalar haqqında da məlumat verilməsi  tövsiyələr sırasındadır.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.  Burada yeganə tövsiyə qaynar xəttin yaradılması ilə bağlıdır.

8. Daha bir tövsiyə quruma işə qəbul qaydaları və boş iş yerləri haqqında olan (işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi) bilgilərin saytda əks etdirilməsi ilə bağlıdır.

9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin verilməsi də gərəkli sayılır.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər ətraflı verildiyi üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.

11. Qurum tərəfindən tender və yarışmalar barədə çatışmayan yalnız tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydalarıdır ki, bu bilgilərin də saytda yerləşdirilməsi tövsiyə olunur.

12. Qurumun norma- (qanun) yaratma fəaliyyəti barədə bilgilər əks etdirilir. Həmçinin, bütün mümkün normativ aktların layihələri təqdim edildiyi üçün əlavə tövsiyə verilmir.

13. Saytın texniki imkanları  yaxşı dəyərləndirlir.  Sosial şəbəkələrdə səhifələri mövcuddur. Qeyd edək ki, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sosial şəbəkədəki səhifəsi çox aktivdir. Yaxşı olardı ki, nazirliyin saytına abunə imkanı yaradılsın.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV