Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Nəqliyyat Nazirliyinin www.mot.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin www.mot.gov.az ünvanlı İnternet saytı dolğun şəkildə təqdim edilməkdədir. Sayt özü bütövlükdə götürdükdə normal sayıla bilər. Qurumun saytında qurumun tarixi, rəhbərlik, kollegiya, aparat, rəhbər şəxslərin bioqrafik bilgisi, onlayn əlaqə forması, elektron xidmətlər, qurumun ünvanı, əlaqə vasitələri təqdim olunur. Vətəndaşların qəbul günləri, tender və yarışmaların elanları, mətbuat üçün açıqlamalar və onların tezliyi, qurumla əlaqə saxlamaq üçün ümumi imkanlar mövcuddur. Yəni, saytda yol tikinsitinə, layihələrə ayrılan vəsaitlər haqqında ayrı-ayrı illər üzrə statistik məlumatlar verilsə də, qurumun sahə işçilərinin tarif stavkası haqda  heç bir bilgi verilmir. Nazirliyin alt bölümləri və regional bölmələri haqda məlumatlar geniş verilmişdir. Saytda bəzi bölmələr üzrə heç bir bilginin olmaması da diqqətdən qaçmır.Saytın struktur sxeminin olmaması, abunə imkanının yoxluğu çatışmayan cəhətlərdəndir.  Burada diqqətə çatdıraq ki, nəqliyyat sektoru ölkənin elə bir sahəsidir ki, hər an nəqliyyat sahəsində baş verən çatışmazlıqıarla bağlı məlumat verilməsi üçün qurumun saytının ön səhifəsində qaynar xəttin olması vacib sayılır. Lakin, təəssüf ki, qaynar xətt nə saytın ön səhifəsində, nə də ictimaiyyətlə əlaqə bölməsində görünmür. Regional qurumların rəhbərləri və onlarla əlaqə vasitələri göstərilməmişdir.

Bütövlükdə isə saytın durumu aşağıdakı kimidir:

1. Qurumun tarixi, qurumun fəaliyyətini həyata keçirmək üçün qanunverici baza – əsasnamə və nizamnamə haqqında bilgi verilir. Qurumun rəhbəri, kollegiya və aparat haqqında verilən məlumat da yetərli sayılır.

2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün ümumi imkanlar (qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları) təqdim edilir. Qurumun marşrut sxemi olsa da, quruma gəlmək üçün ictimai nəqliyyat haqqında bilgilər çatışmır.

3. Qurumun strukturunun ümumi sxeminə saytda rast gəlinmir. Qurumun tabeliyindəki digər qurumlar haqqında bilgilər tam şəkildə təqdim olunsa da, alt bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, (həmin qurumların saytlarındakı məlumatlar istisna olunarsa) struktur bölmələrinin tam ünvanları haqqında heç bir məlumat təqdim edilmir. Bunun əvəzində nazirliyin alt qurumlarının ayrıca saytları mövcuddur və bu saytlara nazirliyin saytından birbaşa keçmək mümkündür. Məsələn, Azərbaycan Dəmiryolu Nəqliyyatının (www.railway.gov.az), Su Nəqliyyatı (www.caspar.baku.az), Avtomobil yolları  (www.azeryol.az), Mülki Hava Nəqliyyatı (www.azal.az), Nəqliyyatı İdarəetmə Mərkəzi (www.niim.az) saytları var. Alt qurumların saytlarında həmin qurumlar haqqında kifayət qədər məlumatlar verilir ki, bu da yaxşı hal sayılır.

4. Rəhbər işçilər, qurumun rəhbərinin bioqrafiyası, əks əlaqə imkanları təqdim edilir. Aparat işçilərindən yalnız nazir və onun 1 müavini haqda bioqrafik  məlumat verilir, digər rəhbər işçilər barədə bilgiyə rast gəlinmir. Həmçinin, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə bilgilərə rast gəlinmir.

5. Qurumun cari fəaliyyəti haqqında informasiyalar yetərli sayıla biləcək qədərdir. Mətbuat üçün açıqlamalar və onların tezliyi intensivdir.  Qurumdaxili əmrlər və qərarlar da təqdim edilir.

6. Təəssüf ki, ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında heç bir bilgi saytda əks etdirilmir. Həmçinin, büdcədənkənar daxilolmalar haqqında da heç bir bilgi verilmir.

7. Qurum tərəfindən təklif edilən mütləq xidmətlər,  elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər öz əksini tapmışdır.  Lakin qaynar xəttə rast gəlmədik.

8. İşə qəbul qaydaları və boş iş yerləri haqqında, həmçinin işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi barədə də hər hansı bir bilgiyə rast gəlinmir.

9. Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgilər mövcud deyildir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə məlumatlar saytda öz əksini tapmışdır. Həmçinin,  dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər də əks etdirilir.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar, qurum tərəfindən tender və yarışmaların elanları və keçirilmə qaydaları barədə bilgilər əks etdirildiyi halda tender və yarışmaların nəticələrinin mübahisələrin həlli qaydaları  barədə heç bir məlumat təqdim edilmir.

12. Növbəti təqdim edilən bilgilər qurumun norma- (qanun) yaratma fəaliyyəti haqqındadır. Bütün mümkün normativ aktların layihələri də təqdim edilən məlumatlardandır.

13. Saytın texniki imkanları yaxşı dəyərləndirilir.  Sosial şəbəkələrdən facebook və tvitterdə səhifəsi təqdim olunur. Həmçinin, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin facebook sosial şəbəkəsində ayrıca səhifəsi də mövcuddur. Yaxşı olardı ki, qurumun saytına abunə imkanları da olaydı.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV