Thursday 21st November 2024,

2015

Ξ Leave a comment

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az  domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin www.mlspp.gov.az  ünvanlı İnternet saytı barədə icmal hissədə də qeyd etdiyimiz kimi, qurumun saytının dolğun və daha təkmil olması dərhal diqqəti cəlb edir. Nazirliyin saytında demək olar ki, bütün məlumatlara rast gəlmək mümkündür. Qurumun tarixi, rəhbərləri haqda məlumat, onlayn müraciət forması, quruma getmək üçün ictimai nəqliyyat, vətəndaşların qəbul günləri, regional bölmələr haqda, nazirliyə tabe müəssisələr haqda, tender və yarışmaların elanları haqda geniş məlumatlar təqdim edilir. Qurumun elektron xidmətlər  bölməsi ayrıca və daha dolğun təqdim olunur.  Qurumun saytında regional bölmələrdəki şöbələrin fəaliyyətini özündə əks etdirən interaktiv xəritə var ki, bu xəritədən nazirliyin regional bölmələri haqda ətraflı məlumat əldə etmək mümkündür. Bundan başqa, həmin regionlar haqda da ətraflı məlumat almaq olur. Saytda boş bölmə azdır.

Bunu nəzərə alaraq aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

  1. Qurumun tarixi, rəhbərləri haqda məlumatlar, nazirliyin qanunvericilik bazasını təşkil edən əsasnamə və nizamnamə haqda ətraflı  bilgi təqdim edilib. Bu sahədə informasiyalar yetərli sayıla biləcək qədərdir.  Bunun üçün də əlavə bir tövsiyəyə ehtiyac duyulmur.
  2. Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün  ümumi imkanlar, onlayn müraciət imkanları, quruma gəlmək üçün marşrut sxemi və ictimai nəqliyyat haqqında da ətraflı bilgilər daxil edilmişdir.  Buna görə də əlavə tövsiyəyə ehtiyac yoxdur.
  3. Qurumun strukturunun ümumi sxemi və qurumun tabeliyindəki informasiya sistemləri, qurumun aparatı, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında məlumatlar təqdim edilirdiyindən əlavə tövsiyəyə gərək duyulmur.
  4. Rəhbər işçilər, onlarla əks əlaqə, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər təqdim edilir. Həmçinin, qurumun rəhbəri ilə əks əlaqə imkanları barədə də elektron müraciət forması da mövcuddur. Bu baxımdan əlavə tövsiyə verilmir.
  5. Qurumun cari fəaliyyəti haqqında təqdim edilən informasiyalar yetərli sayılır. Mətbuat üçün açıqlamalar və onların yenilənməsi müntəzəmdir. Bu sahədə iş çox güclüdür. Gün ərzində bir neçə dəfə mətbuat üçün yenilənmələr edilir. O üzdən də əlavə heç bir tövsiyəyə gərək yoxdur.
  6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərin saytda əks etdirilməsi tövsiyə olunur.
  7. Qurum tərəfindən təklif edilən xidmətlər, mütləq xidmətlər, qaynar xətt, xidmətlərdən istifadə qaydaları, onlayn müraciət imkanı haqqında informasiyalar təqdim edilir. Buna görə də əlavə tövsiyəyə ehtiyac yoxdur.
  8. İşə qəbul qaydaları və boş iş yerləri, işə qəbulla bağlı komissiyalar haqqında, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər göstərildiyi üçün əlavə tövsiyəyə ehtiyac yoxdur.
  9. Sahə işçilərinin əmək haqları barədə bilgilər təqdim edildiyi üçün heç bir tövsiyə söylənilmir.
  10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə bilgilər ətraflı təqdim edildiyi üçün tövsiyə söylənilmir.
  11.  Nazirlik  tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanları, tender və yarışmaların keçirilməsinin nəticələri təqdim edilmişdir. Bu baxımdan əlavə tövsiyə verilmir.
  12.  Qurumun norma- (qanun) yaratma fəaliyyəti,  bütün mümkün normativ aktların layihələri barədə məlumatlar təqdim edildiyi üçün əlavə tövsiyəyə ehtiyac duyulmur.
  13.  Saytın texniki imkanları yaxşı dəyərləndirilir. Sayta abunə imkanı da əlavə edilmişdir. Nazirliyin sosial şəbəkələrdən facebook, tvitter və youtube portalında səhifələri mövcuddur. Bu sahədə əlavə tövsiyəyə ehtiyac yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV