Azərbaycan Respublikasinin Baş Prokurorluğunun www.genprosecutor.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
19 avqust 2007
Azərbaycan Respublikasinin Baş Prokurorluğunun www.genprosecutor.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılıb. Məlum olub ki, sayt informasiya azadlığı sahəsində möncud qanunvericiliyin tıələblərinə yetərincə cavab vermir. Belə ki, saytda Azərbaycan Respublikasinin Baş Prokurorluğunun fəaliyyətini işıqlandırılması istiqamətində bəzi məsələlərin həllinə çalışılsa informasiya əldə edilməsi baxımından “İnformasiya əldə edilməsi haqqında ” qanuna və Azərbaycan Respublikasının Nazirlər Kabineti № 033 16/02/2007 il tarixli "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları" qərarına uyğun olaraq bir çox çatışmayan cəhətləri vardır.
Saytın üç dildə (Azərbaycan, rus və İngilis ) fəaliyyəti nəzərdə tutulsa da rus və ingilis dilli versiyalı səhifələri açılmır.
Azərbaycan dilə uyğun açılmış ilk səhifə xəbərlər bloku, səhifənin sol tərəfində
AZƏRBAYCAN PROKURORLUĞU
• Tarix, Fəaliyyət istiqamətləri, Struktur, Rəhbərlik, Kolleqiya
MƏLUMAT XİDMƏTİ
• Xəbərlər, Mətbuat xidməti
BEYNƏLXALQ ƏLAQƏLƏR
QANUNVERİCİLİK
• Prokurorluq haqqında, Əmrlər
QƏBUL OTAGI
• Qəbula dair, Baş prokurora müraciət, Əlaqələr, "Qaynar xətt"
HƏRBİ PROKURORLUQ
menyusu və əsas menyunun altında Azərbaycan Respublikasinin Baş Prokurorluğunun «Azərbaycan Prokurorluğu» Elmi-Praktiki jurnalına keçid və prokurorluğun yerləşdiyi ünvan sətri ilə açılır.
Bundan başqa baş səhifədə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 81-ci ildönümünə həsr edilmiş 2004-cü ilin may ayının 7-də keçirilmiş elmi-praktiki konfrans haqqında məlumat verilmiş və həmin konfrans haqqında geniş məlumat olan səhifəyə keçid qoyulub.
Azərbaycan Respublikasinin Baş Prokurorluğu haqqında
Menyunun ilk səhifəsində yerləşən xəbərlər 2004 –cü il tarixli dövrə həsr olunub və indiyə kimi yeniləşmir. Menyunun digər bölmələri Azərbaycan Respublikasinin Baş Prokurorluğunun fəaliyətini əhatə edir.
Saytın AZƏRBAYCAN PROKURORLUĞU menyusunda Baş Prokurorluğun Tarix, Fəaliyyət istiqamətləri, Struktur, Rəhbərlik, Kolleqiya kimi bölmələr göstərilib və uyğun sahələr üzrə bilgilərin verilməsi nəzərdə tutulub. Burada Tarix bölməsində Azərbaycan Respublikasinin Baş Prokurorluğunun yaranma tarixi ətraflı verilib.
Fəaliyyət istiqamətləri bölməsində Prokrorluğa aid Azərbaycan Respublikasının Konstitusiyasının 133 Maddəsi və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunun 4 və 5 maddəsini verməklə Prokurorluğun fəaliyyətinin əsas prinsipləri göstərilib.
Struktur bölməsində Azərbaycan Respublikasinin Baş Prokurorluğunun strukturu nəzərdə tutulsa da, ancaq menyu şəklində verilməklə yekunlaşıb.
Hər hansı bir strutur formasına rast gəlinmir. Struktur bölmələrinin fəaliyyəti ilə bağlı hazırlanmış təlimatlar və normativ hüquqi aktlar öz əksini tapmayıb.
Rəhbərlik bölməsində Baş Prokrorun və onun müavinlərinin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlara yer ayrılıb. Burada digər vəzifəli şəxslər haqqında məlumat nəzərdə tutulmayıb.
Kolleqiya bölməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Kolleqiyasının tərkibinə daxil olan vəzifələr göstərilib. Buraya Kollegiya üzvləri haqqında bilgilər daxil edilməyib. MƏLUMAT XİDMƏTİ menyusunda Xəbərlər, Mətbuat xidməti bölmələri vardır. Hər iki bölmədə verilən xəbərlər vaxtı keşmiş məlumatlardır və ilin əvvəlindən yeniləşmir.
Eyni qayda ilə BEYNƏLXALQ ƏLAQƏLƏR menyusunda verilən informasiya da əvvəlki illərə aiddir və təzələnmir. QANUNVERICILIK menyusunda Azərbaycan Respublikasının mülki məcəlləsindən çıxarışlar, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası prezidentinin fərmanları, Azərbaycan Respublikası prezidentinin sərəncamları, Azərbaycan respublikası nazirlər kabinetinin qərarları və Prokurorluğun fəaliyyəti sahəsində istinad olunan qanunlar toplusu və verilmiş fərmanlar yerləşdirilib. Ancaq burada göstərilmiş öz daxili əmr, sərəncam 09.03.2001-ci ilə aiddir eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir. Saytın müsbət məqamlarından biri QƏBUL OTAĞI menyusunda yerləşdirilən Azərbaycan Respublikasının Baş prokurorluğunda vətəndaşların qəbuluna dair cədvəlin, müraciət və təkliflərin və ya maraqlandıran sualların verilməsi üçün xüsusi formanın və qaynar xətt telefonlarının göstərilməsidir.
Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğunda istirahət və bayram günləri də daxil olmaqla, günün 24 saatı ərzində «Qaynar xətt» əlaqə mərkəzi daimi fəaliyyət göstərir.
Bunlarla yanaşı saytda verilməsi tələb olunan bir çox məsələlər öz həllini tapmayıb:
Saytda ştat cədvəli haqqında məlumat yoxdur.
Mövcud boş iş yerləri haqqında elanlar verilməyib.
Burada Azərbaycan Respublikasının Baş Prokurorluğunun büdcəsinin icrası barədə məlumata rast gəlinmir.
Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar yoxdur.
Öz səlahiyyəti daxilində həyata keçirdiyi haqqında məsələlərə yer ayrılmayıb.
İnteraktiv online xidmərləri yoxdur.
Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.
Sayta olan texniki tələbatlar Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunub.
Sayt üzrə və saytda yerləşdirilmiş məlumat bazaları üzrə axtarış sistemi yaradılmayıb.
Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər yoxdur.
Digər xarici dildə yaradılması nəzərdə tutulan səhifə açılmır.