Azərbaycan Respublikasinin Baş Prokurorluğunun www.genprosecutor.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
18 avqust 2007
Azərbaycan Respublikasinin Baş Prokurorluğu www.genprosecutor.gov.az domen adlı rəsmi internet saytının monitorinqin nəticələrinə görə sayt müvafiq qanunvericiliyin tələblərinə yetərincə cavab vermir. Odur ki, saytdakı mövcud çatışmazlıqlarını aradan qaldırılması və onun fəaliyyətinin təkmilləşdirilməsi üçün “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bəzi tövsiyələr hazırlanıb:
1. Saytın rus və ingilis dilli versiyasının hazırlanması faydalı olardı.
2. Saytın ilk baş səhifəsində yerləşdirilən xəbərlər daha aktual olmalı və vaxtaşırı yeniləşməlidir.
3. Azərbaycan Respublikasinin Baş Prokurorluğunun strukturu barədə məlumat verilməlidir.
4. Saytın beynəlxalq xəbərlər bölməsinə aid məlumat yeniləşməlidir və daha aktual beynəlxalq sənədlər sayta əlavə edilməlidir.
5. Saytda Baş Prokurorun, onun müavinləri haqda verilmiş məlumatla yanaşı digər rəhbər işçilər haqqında biografik bilgilər verilməlidir.
6. Kolleqiya bölməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Kolleqiyasının tərkibinə daxil Kollegiya üzvləri haqqında bilgilər daxil edilməlidir.
7. Ştat cədvəli və boş iş yerlərinin, işə qəbul qaydalarının saytda göstərilməsi məqsədəyuğun olardı.
8. Saytda Baş Prokurorluğunun öz daxili əmr, sərəncam və qərarlar yeniləşməsi faydalı olardı.
9. Yaxşı olardı ki, öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısı saytda veriləşdirilsini.
10. Mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr bölməsi xüsusi diqqəti cəlb edəcək şəkildə verilməli və cari məsələləri əhatə etməlidir.
11. Özünə aid dövlət büdcəsinin və onun xərci barədə hesabatların verilməsi faydalı olardı.
12. Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar haqqında məlumatlar daxil edilməlidir.
13. Xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməlidir.
14. Saytda interaktiv xidmətlərin yaradılması zəruridir.
15. Saytda axtarış sistemi təşkil edilməlidir.
16. Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər qoyulmalıdır.