Dövlət Əmlakinin Idarə Edilməsi üzrə Dövlət Komitəsinin www.stateproperty.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
15 avqust 2007
Dövlət Əmlakinin Idarə Edilməsi üzrə Dövlət Komitəsinin www.stateproperty.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılıb. Monitoringin nəticlərinin analizi zamanı məlum olub ki, saytda Dövlət Əmlakinin Idarə Edilməsi üzrə Dövlət Komitəsinin fəaliyyətinin işıqlandırılması istiqamətində bəzi məsələlərin həllinə çalışılsa da informasiyaların yerləşdirilməsi baxımından bir çox çatışmayan hallar vardır. Saytın iki dildə (Azərbaycan və İngilis ) fəaliyyəti nəzərdə tutulub. İlkin olaraq qeyd edək ki, saytın ingilis dilli versiyası hazır deyil. Azərbaycan dilinə uyğun açılmış ilk səhifə xəbərlər bloku, səhifənin sol tərəfində Struktur, Qanunvericilik, Müsabiqələr və tenderlər, Idarəetmə və icarə, Hərraclar, Özəlləşdirilmənin statistikasi, Mətbuat xülasələri, Sual-cavab,
Bizimlə əlaqə menyusu və əsas menyunun altında axtarış sətri ilə açılır.
Dövlət Əmlakinin Idarə Edilməsi üzrə Dövlət Komitəsi haqqında
Menyunun ilk səhifəsində yerləşən xəbərlər çox aşağı səviyyədə verilib və yeniləşmir. Menyunun ayrı-ayrı bölmələri Dövlət Əmlakinin Idarə Edilməsi üzrə Dövlət Komitəsinin fəaliyətini əhatə edir. Saytın “Struktur” menyusunda mərkəzi aparat və Dövlət Əmlakinin Idarə Edilməsi üzrə Dövlət Komitəsinin ərazi şöbələri haqqında bilgilərin verilməsi göstərilib. Burada Dövlət Əmlakinin Idarə Edilməsi üzrə Dövlət Komitəsinin strukturu sxem şəklində, sistemə daxil olan ərazi şöbələri isə ancaq rayonların adı verilməklə yekunlaşıb. Ancaq komitənin rəhbər işçiləri eləcə də ərazi şöbələrin vəzifəli şəxsləri haqqında məlumata və onların qəbul vaxtlarına ümumiyyətlə hər hansı bir əlaqə formasına rast gəlinmir. Burada onların və digər vəzifəli şəxslərin adları, soyadları, təhsil və ixtisasları barədə məlumatlara yer ayrılmayıb. Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar, vətəndaşların qəbul qaydaları ümumiyyətlə saytda nəzərdə tutulmayıb. Struktur bölmələrinin fəaliyyəti ilə bağlı hazırlanmış təlimatlar və normativ hüquqi aktlar öz əksini tapmayıb.
Bundan başqa komitənin yaranma tarixi haqqında informasiya yoxdur.
Qanunvericilik menyusunda Azərbaycan Respublikasının mülki məcəlləsindən çıxarışlar, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası prezidentinin fərmanları, Azərbaycan Respublikası prezidentinin sərəncamları, Azərbaycan Respublikası nazirlər kabinetinin qərarları və komitənin fəaliyyəti sahəsində istinad olunan qanunlar toplusu və verilmiş fərmanlar yerləşdirilib. Ancaq Digər normativ sənədlər səhifəsi boşdur və komitənin öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir. Müsabiqələr və tenderlər menyusu uyğun sahə üzrə məlumatları əks etdirir. İdarəetmə və icarə menyusunda dövlət əmlakının icarəsından gələn gəlirlər illər üzrə müqayisəli qistoqram şəklində verilib. Burada Müəssisənin idarə edilməsi səhifəsi boşdur. Hərraclar haqqında elanlara və keçirilmiş hərracın nəticələrinə saytın « Hərraclar » bölməsində tanış olmaq mümkündür. Özəlləşdirmə ilə bağlı məlumatlar isə histoqramlar şəklində Özəlləşdirilmənin statistikasi menyusunda yerləşdirilib.
Bunlarla yanaşı saytda verilməsi tələb olunan bir çox məsələlər nəzərdən qaçmış və öz həllini tapmayıb:
Saytda ştat cədvəli haqqında məlumat yoxdur.
Mövcud boş iş yerləri haqqında elanlar verilməyib, boş iş yeri olmadıqda həmin bölmədə “boş iş yerimiz yoxdur” kimi qeyd yerləşdirilməlidir.
Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında məlumatlar yerləşdirilməyib.
Burada Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət
Komitəsi büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir.
Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar yoxdur.
Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar və özəl hüquqi şəxslərə, qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara dövlət büdcəsindən verilmiş vəsait haqqında məsələlərə toxunulmayıb.
Eyni zamanda Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin öz balansında olan əmlak haqqında məlumata yer verilməyib.
İnteraktiv online xidmərləri yoxdur.
Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.
Sayta olan texniki tələbatlar
Saytın müxtəlif brauzerlərdə açılması və məlumatların düzgün oxunuşu təmin olunub.
Sayt üzrə və saytda yerləşdirilmiş məlumat bazaları üzrə axtarış sistemi yaradılıb.
Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər yoxdur.
Digər xarici dildə yaradılması nəzərdə tutulan səhifə açılmır.