Dövlət Əmlakinin Idarə Edilməsi üzrə Dövlət Komitəsinin www.stateproperty.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
16 avqust 2007
Dövlət Əmlakinin Idarə Edilməsi üzrə Dövlət Komitəsinin www.stateproperty.gov.az domen adlı rəsmi internet saytının monitorinqin nəticələrinə görə aşkar olub ki, sayt informasiya baxımından mövcud qanunvericiliyin bir çox tələblərinə cavab vermir. Odur ki, saytın çatışmazlıqlarını aradan qaldırılması və daha keyfiyyətli və qanunun tələb etdiyi standartlara cavab verməsi üçün “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bəzi tövsiyələr hazırlanıb:
1. Saytın ilk baş səhifəsində yerləşdirilən xəbərlərin keyfiyyətinə və tez-tez yeniləşməsinə diqqət yetirilməlidir.
2. Dövlət Əmlakinin Idarə Edilməsi üzrə Dövlət Komitəsinin yaranma tarixi barədə və yarandığı gündən rəhbərlik etmiş şəxslər haqqında məlumatlar verilməsi faydalı olardı
3. Saytın beynəlxalq xəbərlər bölməsinə aid məlumat yoxdur. Ona görə beynəlxalq sənədlər də sayta əlavə edilməlidir.
4. Saytda Dövlət Əmlakinin Idarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin, müavinlərinin və ərazi şöbələrinin fəaliyyəti və onların rəhbər işçiləri haqqında biografik bilgilər, onların qəbul günləri, saatları və qəbul qaydaları haqqında məlumat verilməlidir.
5. Saytda qistoqramlar şəklində verilmiş bir çox məlumatlar eyni zamanda mətn və rəqəmlərlə daha ətraflı ifadə olunsa faydalı olardı.
6. İş axtaran mütəxəssislərin əksəriyyətinin internet saytlara müraciət etməsini nəzərə alaraq ştat cədvəli və boş iş yerlərinin, işə qəbul qaydalarının saytda göstərilməsi vacibdir.
7. Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında statistik məlumatlar yerləşdirilməlidir.
8. Komitənin öz daxili əmr, sərəncam və qərarların saytda yerləşdirilməlidir.
9. Yaxşı olardı ki, öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyasisi saytda veriləydi.
10. Komitəyə ayrılmış dövlət büdcəsinin və onun xərci barədə hesabatların verilməsi faydalı olardı.
11. Mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr bölməsi xüsusi diqqəti cəlb edəcək şəkildə verilməlidir.
12. Xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməlidir.
13. Saytda interaktiv xidmətlərin yaradılması zəruridir.
14. Qanunvericiliyin tələbinə uyğun olaraq saytın digər versiyası geniş yayılmış xarici dillərdən birində də ziyarətçilərə təqdim edilməlidir