Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi www.azstand.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu
14 avqust 2007
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi www.azstand.gov.az domen adlı rəsmi internet saytının monitorinqi aparılıb. Monitorinqin nəticələrinə görə məlum olmuşdur ki, sayt dizayn və tərtibat baxımdan normal olsa da qanunvericiliklə dövlət saytlarına olan müvafiq tələbləri yerinə yetirilməyib.
Sayt üç dildə (Azərbaycan, İngilis və Rus) yaradılıb. Seçilmiş dilə uyğun açılmış ilk səhifə xəbərlər bloku ilə açılır. Saytın əsas səhifəsi yuxarı hissədə Xəbərlər, Agentlik haqqında, Fəaliyyət istiqamətləri, Hüquqi sənədlər, Vətəndaşlar üçün menyusundan, əsas menyunun altında axtarış sətrindən ibarətdir.
Menyunun ilk bölməsi Xəbərlərdə Agentliyin xəbərləri, Beynəlxalq xəbərlər, Elanlar altmenyuları yerləşdirilib. Qeyd edək ki, burada xəbərlər yeniləşmir və elanlar səhifəsində heç bir məlumat yoxdur. Agentlik haqqında menyusu Bizim haqqımızda, Struktur, Baş direktor hissələrinə bölünmüşdür. Burada Bizim haqqımızda bölümündə agentliyin tarixi haqqında qısa məlumat, Struktur, bölməsində agentliyin struktur bölmələri haqqında məlumat və Baş direktor bölümündə isə agentliyin baş direktorun tərcümeyi halı verilib. Ancaq burada şöbələrin vəzifəli şəxsləri haqqında məlumata və baş direktorun qəbul vaxtlarına ümumiyyətlə hər hansı bir əlaqə formasına rast gəlinmir. Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar, vətəndaşların qəbul qaydaları ümumiyyətlə saytda nəzərdə tutulmayıb.
Fəaliyyət istiqamətləri menyusu əsasən agentliyin fəaliyyətinin işıqlandırılmasına həsr olunub. Burada agentliyin Standartlaşdırma, Metrologiya, Patent, Sertifikatlaşdırma, Akkreditasiya kimi fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi haqqında ümumi məlumatlar
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi haqqında ümumi məlumatlar lazımı tələblərə tam cavab vermir. Belə ki, göstərilən bölmədə verilməsi tələb olunan bütün məsələlər nəzərdən qaçmış və həllini tapmayıb. Saytda ştat cədvəli haqqında məlumat yoxdur. Qanununun icrasını təmin edən sənədlər barədə ətraflı məlumatlarla saytın «Hüquqi sənədlər» bölməsində tanış olmaq mümkündür. Burada Azərbaycan Resbublikasının agentliyin fəaliyyəti sahəsində istinad olunan qanunlar toplusu və verilmiş fərmanlar yerləşdirilib. Ancaq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi fəaliyyəti barədə hesabatlar.
Büdcə və büdcə proqnozları
Bu bölümə aid demək olar ki, qoyulan tələblər öz həllini tapmayıb. Belə ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi cari fəaliyyəti ardıcıl olaraq işıqlandırılmayıb. Bunlarla yanaşı saytda Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında məlumatlar yerləşdirilməyib. Burada Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir. Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar yoxdur. Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar və özəl hüquqi şəxslərə, qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara dövlət büdcəsindən verilmiş vəsait haqqında məsələlərə toxunulmayıb.
Göstərilən xidmətlərə dair məlumatlar.
Bu bölümdə də qanunda nəzərdə tutulan bir çox tələblər nəzərə alınmayıb. İnteraktiv online xidmərləri yoxdur. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.
Sayt olan texniki tələbatlar
Sayt texniki baxımından normal yaradılıb.