Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi www.azstand.gov.az domen adlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
14 avqust 2007
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin www.azstand.gov.az domen adlı rəsmi internet saytının monitorinqin nəticələrinə görə demək olar ki, sayt dizayn və texniki baxımından normal hazırlansa da və informasiyanın həcmi və keyfiyyəti baxımından xeyli aşağı səviyyədə yaradılmış bir internet saytıdır. Eyni zamanda saytda İnformasiya a zadlığı ilə bağlı mövcud qanunvericiliyin tələbləri yerinə yetirilməyib. Odur ki, saytın çatışmazlıqlarını aradan qaldırılması üçün monitoring qrupu aşağıdakı tövsiyələri nəzərə almağı zəruri sayır:
• Saytda İnteraktiv xidmətlərin yaradılması faydalı olardı.
• Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin strukturu, ayrı-ayrı struktur bölmələri haqqında məlumatla yanaşı şöbənin fəaliyyəti və rəhbər işçilər haqqında biografik bilgilər, onların qəbul günləri, saatları və qəbul qaydaları haqqında məlumat tam olaraq göstərilməlidir.
• Saytın Beynəlxalq xəbərlər bölməsinə beynəlxalq sənədlər də əlavə edilməlidir
• Agentliyə müraciət (şikayət, təklif, ərizə) formaları ilə yanaşı, onlara qayda və baxılma üsulları haqqında bilgilər verilməlidir. Eyni zamanda şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında statistik məlumatlar yerləşdirilməlidir.
• Agentliyə işə qəbul qaydaları əks olunmalıdır
• Mövcud boş iş yerləri haqqında elanlar yerləşdirilməlidir
• Agentliyə aid dövlət büdcəsinin icmalı və icrası haqqında bilgilər yer almalıdır
• Mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr bölməsi və bu xidmətlə əlaqə vasitələri verilməlidir
• Ayrı-ayrı məsələlərlə bağlı qaynar xətt telefon nömrələri verilməlidir
• Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməlidir.
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar olmalıdır.
• Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar haqqında məlumatlara yer verilməlidir.