Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

11 avqust 2007
Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az  domen adlı rəsmi internet saytının monitorinqi aparılıb.
Monitorinqin nəticələrinə görə gəlinən ilkin ümumi qənaət bundan ibarətdir ki, sayt mövcud  qanunvericiliyin tələblərinə cavab verməyən,  natamam hazırlanmış bir internet saytıdır. Sayt dizayn, tərtibat və informasiya həcmi baxımdan çox aşağı səviyyədə yaradılıb.
Sayt yaradılarkən üç dildə (Azərbaycan, İngilis və Rus) nəzərdə tutulub. İlk olaraq uyğun dilli versiyanı seçmək üçün  agentliyin yerləşdiyi binanın şəkli və ünvanı olan səhifə açılır.  Burada lazımi dilli versiya seçilir və ilk səhifə yüklənir. İlk səhifə Haqqımızda menyusu ilə açılır və saytın solunda məlumatları özündə cəmləyən menyunu göstərir. Qeyd edək ki, menyu bir qədər nizamsız tərtib olunub. 

«Dövlət satınalmaları haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanından irəli gələn tapşırıqları yerinə yetirmək məqsədi ilə Satınalmalar üzrə Dövlət Agentliyi «Dövlət satınalmaları haqqında» Qanununun icrasını təmin edən sənədlər barədə ətraflı məlumatlarla saytın
«Qanunvericilik» bölməsində tanış olmaq mümkündür.
Saytın Tender menyusunda dövlət satınalmaları üzrə keçirilən tenderlər haqqında dərc olunan məlumatlar yerləşdirilib. Ancaq burada tender komissiyasının tərkibinə daxil olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və tender predmetinə aidiyyatı olan müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri  haqqında məlumata rast gəlinmir.

 Valyuta menyusunda Milli Bankın saytına və digər saytlara keçidlər göstərilib. Qeyd edək ki, menyunun İstinadlar bölümündə belə keçidlərin olduğu halda bu menyuda da keçidin qoyulması, ümumiyyətlə ona görə əlavə menyunun yaradılması məqsədəuyğun deyildir. Azərbaycan Respublikasında fəaliyyət göstərən kiçik və orta sahibkarların dövlət satınalmalarına geniş cəlb olunmasını təmin etmək məqsədi ilə respublikanın şəhər və rayonlarının təhsil, səhiyyə, mədəniyyət şöbələrinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin mütəxəssisləri üçün «dövlət satınalmaları» mövzusunda mütəmadi olaraq təlim kurslar keçirilir və seminarlar təşkil olunur.

 Saytın «Təlim» bölməsindən bu barədə məlumatlar əldə edilə bilər. Ancaq həmin məlumat vaxtı keçmiş və 2005-ci il üçün nəzərdə tutulmuşdur. Saytda göstərilən digər menyularda adları olsa da heç bir məlumat hazırlanmayıb və informasiya yoxdur.. Ona görə saytı natamam hesab etmək olar.
Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin haqqında ümumi məlumatlar
Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət

Agentliyinin haqqında ümumi məlumatlar heç bir menyuda nəzərdə tutulmayıb və verilən informasiya lazımı tələblərə tam cavab vermir. Belə ki, göstərilən bölmədə verilməsi tələb olunan bütün məsələlər nəzərdən qaçmış və həllini tapmayıb. Elanda verilmiş məlumatın müddəti çoxdan keçsə də həmin səhifədə dəyişiklik edilməyib. Bundan başqa burada ştat cədvəli haqqında məlumat yoxdur. Eyni zamanda Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin öz daxili əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir.

Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar, vətəndaşların qəbul  qaydaları ümumiyyətlə saytda nəzərdə tutulmayıb.

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyəti barədə hesabatlar. Büdcə və büdcə proqnozları.
Bu bölümə aid  demək olar ki, qoyulan tələblər öz həllini tapmayıb. Ümumiyyətlə əksər menyularda da yerləşdirilən informasiya qanunvericilik tərəfindən qarşıya qoyulmuş tələblərə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin cari fəaliyyəti işıqlandırılmayıb. Bunlarla yanaşı  saytda digər zəif məqamlar aşağıdakılardır:
• Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları haqqında məlumatlar yerləşdirilməyib.
• Saytda zəif cəhətlərdən biri də özünə aid dövlət büdcəsi məsələlərinin ümumiyyətlə nəzərə alınmamasıdır.  Burada Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir.
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatların olmaması;
• Özünə  aid olan informasiya  resursları haqqında məlumat  yoxluğu;
• Öz səlahiyyəti  daxilində  həyata keçirdiyi  yoxlamalar haqqında  məlumatlara rast gəlinməməsi;

Göstərilən xidmətlərə dair məlumatlar.
Bu bölümdə də qanunda nəzərdə tutulan tələblər nəzərə alınmayıb. Belə ki, heç bir qarşılıqlı əlaqə xidmətləri saytda təşkil olunmayıb. İnteraktiv online xidmərləri yoxdur. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.

Sayt olan texniki tələbatlar
Saytda axtarış sistemi yaradılmayıb.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV