Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen adlı rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
11 avqust 2007
Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen adlı rəsmi internet saytının monitorinqinə əsasən belə qənaətə gəlmək olur ki, sayt natamam hazırlanmış və dizayn, tərtibat və informasiya həcmi baxımdan çox zəif səviyyədədir. Eyni zamanda saytda İnformasiya əldə edilməsi haqqında Qanunun və Nazirlər Kabinetinin dövlət saytlarına olan mövcud müvafiq tələbləri yerinə yetirilməyib. Odur ki, saytın qanunvericiliyin tələblərinə uyğun olataq tamamilə yenidən qurulması üçün monitoring qrupu aşağıdakı tövsiyələri nəzərə almağı zəruri sayır:
1. Sayt yenidən qurulmalı, daha asan və anlaşıqlı olması üçün tədbirlər görülməlidir
2. İnteraktiv xidmətlərin azlığı nəzərə alınaraq texniki yeniləşmə edilməlidir.
3. Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin strukturu, ayrı-ayrı struktur bölmələri haqqında dolğun məlumat verilməli və əlaqə vasitələri tam olaraq göstərilməlidir
4. Tender komissiyasının tərkibinə daxil olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və tender predmetinə aidiyyatı olan müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri haqqında biografik bilgilər, onların qəbul günləri, saatları və qəbul qaydaları haqqında məlumatlar saytda öz əksini tapmalıdır
5. Saytın qanunvericilik bölməsinə beynəlxalq sənədlər də əlavə edilməlidir
6. Agentliyə müraciət (şikayət, təklif, ərizə) qayda və formaları, onlara baxılma üsulları haqqında bilgilər verilməlidir.
7. Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu və göndərilməsi qaydaları haqqında məlumatlar yerləşdirilməlidir.
8. Agentliyə işə qəbul qaydaları əks olunmalıdır
9. Mövcud boş iş yerləri haqqında elanlar yerləşdirilməlidir
10. Agentliyə aid dövlət büdcəsinin icmalı və icrası haqqında bilgilər yer almalıdır
11. Mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr bölməsi xüsusi diqqəti cəlb edəcək şəkildə qurulmalı və bu xidmətlə əlaqə vasitələri verilməlidir
12. Ayrı-ayrı məsələlərlə bağlı qaynar xətt telefon nömrələri verilməlidir
13. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməlidir.
14. Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar olmalıdır.
15. Öz səlahiyyəti daxilində həyata keçirdiyi yoxlamalar haqqında məlumatlara yer verilməlidir.
16. Özəl hüquqi şəxslərə, qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara dövlət büdcəsindən verilmiş vəsait haqqında məlumat olmalıdır.
17. Dövlət orqanının səlahiyyətli nümayəndələrinin çıxışlarına yer ayrılmalıdır.
18. Saytda axtarış sistemi yaradılmalıdır.