Sunday 28th April 2024,

2007

Ξ Leave a comment

www.mincom.gov.az – Azərbaycan Respublikasının Rabitə Və Informasiya Texnologiyaları Nazirliyinin İnternet saytının monitoringinin nəticələri

posted by

 
www.mincom.gov.az  – Azərbaycan Respublikasının Rabitə Və Informasiya Texnologiyaları Nazirliyinin İnternet saytının monitoringinin nəticələri
8 avqust   2007

Azərbaycan Respublikasının Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin İnternet saytı informasiya ilə  zəngin olan bir  saytıdır. Sayt üç dildə (Azərbaycan, İngilis və Rus) yaradılıb.
İlk olaraq uyğun dilli versiyanı seçmək üçün  səhifə açılır.  Qeyd etmək lazımdır ki, həmin səhifədə şekil yerləşdirildiyi üçün yükləmə prossesi ləng gedir. Burada lazımi dilli versiya seçilir və əsas səhifə yüklənir.
 Əsas səhifə solda Xəbərlər, Ən çox verilən sual, Forum, Qonaq kitabı, Arayış, Aktual və Linklər, sağda Dövlət proqramları, Hüquqi sənədlər, Müsabiqə, tender Layihələr, İstifadəçilər üçün, Statistika, Sərgi, konfrans, seminarlar, Əlaqəli qurumlar, vakansiyalar menyularından, əsas menyunun altında axtarış sətri və xəbərlərdən ibarət olan məlumatlarla açılır. Bu menyularda verilən informasiya dolğundur və göstərilən sahələri tam əhatə edir. Belə ki, Xəbərlər menyusu son xəbərləri, Ən çox verilən sual verilmiş sualların statistikasını, Forum forum səhifəsini, Qonaq kitabı sayta daxil olmuş qonaqlar üçün səhifəni, Arayış nazirlik tərəfindən verilmiş rəsmi sənədləri, rayon indeksləri, ŞAB kodları Aktual təbrikləri, elanları, şərhləri, çıxışları, müsahibələri Linklər menyusu isə müxtəlif saytlara keçidləri göstərir. Burada RRB iştirakçılarının linkləri, Azərbaycan linkləri, Rabitə linkləri, Faydalı linklər, Banklar, KİV ayrı -ayrı səhifələrdə verilib.

Saytın sağ tərəfində olan menyular əsasən dövlət saytlarına olan tələbləri yerinə yetirmək üçün nəzərdə tutulub. Burada Dövlət proqramı Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə dövlət proqrami, Hüquqi sənədlər menyusu İnformasiya texnologiyaları sahəsində qanunvericilik, qərarlar, əsasnamə, fərman və sərəncamlar, qaydalar haqda məlumatları əks etdirir. Müsabiqə, tender layihələr menyusu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Elekron Azərbaycan” Dövlət Proqramına uyğun olaraq, bütün sahələrdə informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə apardığı müsabiqə və tender haqqında, İstifadəçilər üçün menyusu əlaqələr, məlumat kitabçası, qaynar xətt, forma və blanklar, lisenziya formaları, rəy və təkliflər, sorğu və müraciətlər və boş nomrələr kimi lazımi məlumatları əks etdirir. Burada tender haqqında elan 2005-ci il üçün nəzərdə tutulub və yeni elana rast gəlinmir. Əsas məqamlardan biri Statistika menyusunda Maliyyə və iqtisadi göstəricilər alt menyusunda dövlət büdcəsi və nazirliyə ayrılmış dövlət büdcəsi haqqında ətraflı statistik məlumatlar yerləşdirilməsidir.

Saytda Nazirlik səhifəsi Prezidentin fərmanı, Əsasnamə,      Struktur, Rəhbərlik, Şöbələr, Nazirliyin fəaliyyəti, Beynəlxalq əlaqələr, Kollegiya, Elmi-texniki şura, Rəsmi sənədlər, Görüşlər, müsahibələr, Birlik və müəssisələr, Tarix, Mətbuat xidməti menyularından ibarətdir. Burada Azərbaycan Respublikasının Rabitə Və Informasiya Texnologiyaları Nazirinin tərcümeyi-halı, nazirliyin şöbələri haqqında, nazirliyin tarixi haqqında ətraflı bilgi verilib. Qeyd etmək lazımdır ki, Tarix menyusunda  nazirliyin tarixi ilə yanaşı Azərbaycanda rabitənin inkişaf tarixi,  Heydər Əliyev və Azərbaycanda   rabitə,  Məşhur rabitəçilər, Məşhur rabitəçi idmançılar və Rabitə muzeyi haqqında məlumatlar və şəkillər yerləşdirilib. Ancaq hər bir struktur bölmə haqqında məlumat verilsə də rəhbər işçilər və onların qəbul vaxtları haqqında məlumata rast gəlinmir. Eyni zamanda verilən bu məlumatlarda vəzifəli şəxslərin telefon, faks nömrələri və e-poçt ünvanı göstərilmir.

Saytda nazirliyin fəaliyyəti də geniş işıqlandırılıb. Belə ki, onun Hüquq və vəzifələri,  Poçt və teleqraf xidməti,  Telefon rabitəsi,  Radio-TV yayımı, peyk və radio rabitəsi,  İnformasiya texnologiyası,  Sertifikatlaşdırma,  Lisenziya,  Beynəlxalq rabitə, İnternet,  Mətbuat yayımı kimi fəaliyyət növləri ayrı-ayrı səhifələrdə ətraflı verilib. Bundan başqa saytda beynəlxalq əlaqələr məsələsinə geniş yer verilib. Bu bölmədə Ümumdünya Poçt İttifaqı, Beynəlxalq   Telekommunikasiya İttifaqı, Rabitə Sahəsində Regional   Əməkdaşlıq Birliyi, Beynəlxalq peyk və kosmik   rabitə təşkilatları, NATO-nun Elm komitəsi, Beynəlxalq peyk təşkilatı,   İntersputnik Avrasiya, Poçt İttifaqı, Europian Union və digər beynəlxalq məsələlər öz həllini tapıb.
Saytın Telekom səhifəsi isə Rabitə qaydaları, Xidmətlər, Beynəlxalq rabitə, Birlik və təşkilatlar, Rabitə təhlükəsizliyi, Tariflər, Radio-TV yayımı, Peyk rabitəsi, Simsiz rabitə, Sorğu-məlumat xidmətləri, Xüsusi rabitə xidməti, Servis xidmətləri və s. sahələri əhatə edir. Burada da geniş məlumat bazası yerləşdirilib və qoyulmuş standart tələblərə cavab verir. Saytın digər İT və POÇT səhifələrində də uyğun sahələr üzrə geniş məlumatlar yerləşdirilib.

Göstərilən xidmətlərə dair məlumatlar
Azərbaycan Respublikasının Rabitə Və Informasiya Texnologiyaları Nazirliyi tərəfindən göstərilən xidmətlərə dair məlumatlar saytda ətraflı verilib və Online, İnteraktiv eləcə də forum xidmətləri təşkil olunub.  Eyni zamanda müxtəlif xidmətlər, lisenziyalar, rüsumlar və icazələrlə  bağlı formalar və onların doldurulmuş nümunələri, tələb olunan  sənədlərin siyahısı haqqında ətraflı məlumat vardır.

Yekunlaşdıraraq demək olar ki, göstərilən menyularda da yerləşdirilən informasiya həcmi qanunvericilik tərəfindən qarşıya qoyulmuş bir çox tələblərə cavab verir. Belə ki, Rabitə Və Informasiya Texnologiyaları Nazirliyinin cari fəaliyyətinin ətraflı verilməsinə səy göstərilib. Ancaq saytın menyuları bir qədər nizamsız tərtib olunub. Bir çox hallarda informasiya çox keçidli verilir. Ona görə bəzi hallarda sayta ziyarət mürəkkəbləşir və ləng gedir. Bir məsələni də qeyd etmək lazımdır ki, saytda Azərbaycanın rayonlarının informasiya texnologiyaları və rabitə xidmətləri sahəsindəki fəaliyyətinə az yer verilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV