Azərbaycan Respublikasının Rabitə Və Informasiya Texnologiyaları Nazirliyinin www.mincom.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
8 avqust 2007
Aparılmış Monitorinq nəticəsində əıldə olunan nəticələrə əsasən demək olar ki Sayt kifayət qədər normal hazırlanıb . İnformasiya ilə zəngindir Bununla belə saytın daha asan və rahat formada istifadəsi üçün, saytın daha da təkmilləşdirilməsi üçün “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bir sıra tövsiyələr verilib:
• Ölkədə internetin sürətinin aşağı olmasını nəzərə alaraq ilk səhifənin sürətli yüklənməsinin təmin edilməsi və ya ümumiyyətlə ilk səhifənin götürülməsi , bir başa ana səhifəyə keçidin olması məqsədəuyğun olardı.
• Mətbuat xidməti düyməsini basanda "Rabitə dünyası" qəzetinin açılması bu xidmətlə əlaqə yatratmaq istətənlər üçün bir qədər anlaşılmazlıq yaradır. Bunu nəzərə almaq məqsədəuyğun olrdı
• Nazirliyin əılaqələndirici olduğu Proqramlar və Layihələr haqqında daha ətraflı məlumatın verilməsi səməırəli olardı
• İstifadəçinin rahatlığı üçün menyuları bir qədər nizamlı düzmək faydalı olardı.
• Bir çox hallarda informasiya çox keçidli verilir. Ona görə bəzi hallarda sayta ziyarət mürəkkəbləşir və ləng gedir. Bu çür halların aradan qaldırılması yaxşı olardı.
• Saytda RİTN-nin bölgə strukturları haqqında məlumatın yerləşdirilməsi səmərəli olardı
• Rəhbər vəzifəli şəxslərlə əlaqə vasitələrinin tam olaraq göstərilməməsi saytın çəkisini , fikrimizcə aşağı salır
• Ayrı-ayrı vəzifəli şəxslərin qəbul günləri, saatları və qəbul qaydaları haqqında məlumatlar saytda öz əksini tapmayıb.