06. 08. 2007
Multimedia
İnformasiya Sistemləri və Texnologiyaları
Mərkəzinin
Məlumatı
“İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən dövlət orqanlarının internet resurslarının Monitorinqi davam edir.
Monitorinq Koalisiya tərəfindən hazırlanan “Dövlət orqanlarının İnternet resurslarının Monitorinqinin Metodikası”na uyğun olaraq gerçəkləşdirilir.
Metodika əsasən İnformasiya əldə edilməsi haqqında Qanuna, Dövlət orqanlarının və Bələdiyyələrin İnternet resurslarının formalaşdırılması Qaydalarına və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb. Monitorinq zamanı açıqlanması məcburi olan informasiyaların İnternet resurslarda yerləşdirilməsinin, dövlət xidmətlərinin elektron formada göstərilməsinin və internet resursların çevikliyinin qiymətləndirilməsi həyata keçirilir.
Koalisiya tərəfindən indiyədək otuzadək dövlət qurumunun ( Nazirlər Kabineti , Milli Məclis, nazirliklər, dövlət komitələri və s. ) rəsmi internet resurslarının monitorinqi aparılıb. Monitorinq nəticəsində dövlət qurumlarının rəsmi internet resurslarının mövcud vəziyyəti analiz olunub və onların fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə müvafiq Tövsiyələr hazırlanıb. İndiyədək aparılmış monitorinqin nəticələri və müvafiq Tövsiyələr www.informasiya.org saytında yerləşdirilib.
Monitorinqin yekunu olaraq növbəti ayda dövlət orqanlarının İnformasiya Açıqlığı üzrə Reytinq Cədvəlinin tərtib olunması və ictimaiyyətə açıqlanması nəzərdə tutulub.
Monitorinq Counterpart İnternasional təşkilatı tərəfindən dəstəklənən “Vətəndaşların informasiya azadlığının gerçəkləşməsinə dəstək” Layihəsi çərçivəsində keçirilir.
Daha geniş məlumat www.informasiya.org saytında yerləşdirilib.
Multimedia Mərkəzi
Tel: 492 44 44