www.dyp.gov.az – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İnternet saytının monitoringinin nəticələri
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) İnternet saytı ana səhifədə əsas sol menyu, yuxarıda abunə və sual-cavab səhifələrinə keçid, əsas menyunun altında axtarış qutusu, sağda son (əslində köhnəlmiş) xəbərlərdən başlıqlar, yol nişanları, yol hərəkəti ilə bağlı şüar və aşağıda qurumun telefon, faks nömrələri və e-poçt ünvanı ilə açılır.
BDYP-nin ayrı-ayrı struktur bölmələri və vəzifəli şəxsləri haqqında heç bir bilgi yoxdur. Bundan başqa ana səhifədəki telefon, faks nömrələri və e-poçt ünvanından, eləcə də sual-cavab formasından başqa hər hansı əks əlaqə vəsitəsi və ya vəzifəli şəxs haqqında bilgi verilmir. Ümumilikdə isə sol menyu aşağıdakı bölmələri və onların tərkibini ehtiva edir:
Göründüyü kimi yol hərəkətinin iştirakçıları üçün qanunvericilik və qaydalarla bağlı yetərincə bilgi verilsə də sayt müvafiq standart və tələbatlara uyğun sayıla bilməz. Saytda ziyarətçilərin marağına səbəb olmaqla bərabər “İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən irəli gələn bir çox məqamlar yer almayıb.
Məsələn, yuxarıda da qeyd edildiyi kimi, qurumun strukturu, ayrı-ayrı vəzifəli şəxsləri, ayrı-ayrı xidmətlər, müxtəlif məsələlərlə bağlı müraciət etmək üçün telefon və ya başqa əlaqə vasitələri haqqında bilgi verilməyib.
İşə qəbul qaydaları, boş iş yerləri haqqında elanlar, tenderlər haqqında da heç bir bilgi nəzərə çarpmır.
BDYP-nin büdcəsi, onun xərclənməsi, sərəncamında olan avadanlıqlar və göstərdiyi xidmətlərdən əldə edilən gəlirlər haqqında da məlumat yoxdur.
Mövcud məlumatların bəziləri isə köhnəlib və uzun müddətdir yenilənməyə ehtiyac duyur. Buraya ölkədəki nəqliyyat vasitələrinin sayı haqqında məlumatları və gündəlik fəaliyyətlə bağlı açıqlamaları da aid etmək olar. Başqa bir çatışmazlıq isə saytın geniş yayılmış xarici dillərdən heç birində olmamasıdır. Daha bir qüsur isə terminologiyadan düzgün istifadə edilməməsində özünü göstərir.
Məsələn, “Bakı şəhərinin magistral yolları” kimi söz birləşməsi bu qəbildəndir. Bəlli məsələdir ki, Bakı şəhərində və onun ətrafında heç bir magistral yol yoxdur. Bir məqamı da qeyd etmək lazımdır ki, saytda qurumun adı Baş Dövlət Yol Polisi İdarəsi kimi göstərilsə də onun domen adı yalnız “dövlət yol polisi”ni (dyp.gov.az) ehtiva edir ki, bu da düzgün deyildir.
Saytın ziyarətindən sonra gəlinən ümumi qənaət bundan ibarətdir ki, BDYP-nin İnternet saytı standartlara uyğun gəlməməklə bərabər bir sıra çatışmazlıqlarla zəngindir.
Saytın fəaliyyətinin təkmilləşdirilməsi üçün “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən Tövsiyələr hazırlanıb