Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin www.dyp.gov.az rəsmi İnternet saytının təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İnternet saytının təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

Sürücülər və yol hərəkətinin başqa iştirakçıları üçün yüksək əhəmiyyət daşıyan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İnternet saytının işinin təkmilləşdirilməsi və qanunvericiliyə uyğunlaşdırılması üçün monitorinq qrupu aşağıdakı tövsiyələri irəli sürməyi zəruri sayır:

1. Sayt yenidən qurulmalı, daha asan və anlaşıqlı olması üçün tədbirlər görülməlidir
2. Dizayn cəhətdən kasıb təsir bağışladığı və interaktiv xidmətlərin azlığı nəzərə alınaraq texniki yenilənməyə və zənginləşdirilməyə məruz qalmalıdır
3. BDYP-nin strukturu, ayrı-ayrı struktur bölmələri haqqında dolğun məlumat verilməli və əlaqə vasitələri tam olaraq göstərilməlidir
4. Ayrı-ayrı vəzifəli şəxslər haqqında biografik bilgilər, onların qəbul günləri, saatları və qəbul qaydaları haqqında məlumatlar saytda öz əksini tapmalıdır
5. Saytın qanunvericilik bölməsi zənginləşdirilməli və oraya Azərbaycanın tərəfdar çıxdığı və ya əməl etməli olduğu beynəlxalq sənədlər də əlavə edilməlidir
6. BDYP-yə müraciət (şikayət, təklif, ərizə) qayda və formaları, onlara baxılma üsulları haqqında bilgilər də ayrıca yer almalıdır
7. Ölkənin avtomobil yollarında aparılan yenidənqurma, təmir-bərpa işləri ilə bağlı tətbiq edilən məhdudiyyətlər haqqında çevik bilgilər də bu saytda yer almalıdır
8. Müxtəlif istiqamətlərdə meteoroloji şərait, şəraitə uyğun tövsiyələrin verilməsi həm sürücülərin, həm də yol hərəkətinin digər iştirakçılarının xeyrinə olardı
9. BDYP-yə işə qəbul qaydaları ayrıca bölmədə əks olunmalıdır
10. Mövcud boş iş yerləri haqqında elanlar müvafiq müddət gözlənilməklə verilməli, boş iş yeri olmadıqda həmin bölmədə “Hazırda boş iş yerimiz yoxdur” qeydi yerləşdirilməlidir
11. Tenderlər haqqında ayrıca bölmə tərtib edilməli, tender elanları yerləşdirilməli, tender olmadıqda “Hazırda heç bir tender keçirilmir” elanı verilməlidir
12. Yol hərəkətinin təşkili və təkmilləşdirilməsi ilə bağlı BDYP-nin apardığı kampaniyalar haqqında ayrıca bölmə olmalı və bu bölmədə hər bir ziyarətçinin istifadə edə biləcəyi viedo-audio materiallarla yanaşı plakat və digər təbliğat vasitələri yerləşdirilməlidir
13. Saytda bir çox ölkələrdə geniş tətbiq edilən onlayn sürücülük məktəbi və onlayn imtahan imkanları təklif edilməlidir
14. Dövlət büdcəsinin BDYP-yə aid hissəsinin icmalı və icrası haqqında bilgilər yer almalıdır
15. Qanunvericiliyin tələbinə uyğun olaraq sayt geniş yayılmış xarici dillərdən birində də ziyarətçilərə təqdim edilməlidir
16. Mətbuat xidməti və ya ictimaiyyətlə əlaqələr bölməsi xüsusi diqqəti cəlb edəcək şəkildə qurulmalı və bu xidmətlə əlaqə vasitələri verilməlidir
17. Ayrı-ayrı məsələlərlə bağlı qaynar xətt telefon nömrələri verilməlidir
18. Korrupsiya və sui-istifadə hallarının qarşısını almaq məqsədiylə BDYP-nin göstərdiyi xidmətlərə dair metodoloji məlumatlar da saytda yer almalıdır. Bu sıradan xüsusi olaraq nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və qeydiyyatdan çıxarılması qaydaları və onlar üçün ödəniləcək rüsumlar, yol vergisinin ödənilməsi və texniki baxışın qaydaları haqqında izahlar çox faydalı olardı

Ümumilikdə isə BDYP-nin İnternet saytının müasir dövrün və qanunvericiliyin tələblərinə uyğun qurulmasına  ciddi  ehtiyac  vardır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV