Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

www.mys.gov.az – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İnternet saytının monitorinqinin nəticələri

posted by

 
www.mys.gov.az   – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İnternet saytının monitorinqinin nəticələri
4 avqust   2007

Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyinin İnternet saytının əsas səhifəsi Nazirlik, Xəbərlər, Tədbirlər, Sənədlər, Mətbuat menyuları, sağda son (əslində köhnəlmiş) xəbərlərdən başlıqları, əsas menyunun altında axtarış sətri və Ümumi xəbərlərdən ibarət olan məlumatlarla açılır.

Burada Nazirlik menyusunun nazir haqqında altmenyusunda  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin tərcümeyi-halı, struktur altmenyusunda  nazirliyin şöbələri haqqında, haqqımızda  altmenyusunda isə nazirliyin tarixi haqqında ətraflı bilgi verilib. Qeyd etmək lazımdır ki, hər bir struktur bölmə haqqında məlumat verilsə də rəhbər işçilər və onların qəbul vaxtları haqqında məlumat yoxdur. Eyni zamanda verilən bu məlumatlarda vəzifəli şəxslərin telefon, faks nömrələri və e-poçt ünvanı göstərilmir. Ümumilikdə isə digər altmenyular aşağıdakı bölmələri və onların tərkibini ehtiva edir:
• Əlaqə  müxtəlif məsələlərlə bağlı müraciət etmək üçün əlaqə forması
• Forum  nəzərdə tutulsa da onu aktivləşdirmək mümkün deyil
• Qaynar xətt  müxtəlif xəbərlərin operativ qəbulu
• Sual-cavab  sualların qəbulu və statistik icmalı
• Investisiya layihələri  səhifəsi açılsa da həmin səhifədə heç bir məlumat yoxdur.
• əvvəlki versiya  altmenyusu isə nəyə həsr olunması aydın deyil
Menyunun Xəbərlər bölümündə xəbərlər nəzərdə tutulub. Ancaq səhifədə verilən xəbərlər azlıq təşkil edir və vaxtaşırı yeniləşmir. Tədbirlər menyusu keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumatları əks etdirir. Sənədlər menyusunda Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyinin öz daxili əmr, sərəncam və qərarları haqqında məlumatlar, eləcə də bir sıra qanunlar yerləşdirilib. Ancaq burada əhəmiyyət kəsb edən qramatik səhvlər buraxılmışdır.

Yekunlaşdıraraq demək olar ki, digər menyularda da yerləşdirilən informasiya həcmi qanunvericilik tərəfindən qarşıya qoyulmuş bir çox tələblərə cavab vermir. Belə ki, Azərbaycan Respublikasının Gənclər Və Idman Nazirliyinin cari fəaliyyəti yaxşı işıqlandırılmayıb. Saytda zəif cəhətlərdən biri də özünə aid dövlət büdcəsi və onun icrası məsələlərinin ümumiyyətlə nəzərə alınmamasıdır. 

Saytda digər zəif məqamlar aşağıdakılardır:

 Azərbaycan Respublikasının Gənclər Və Idman Nazirliyinin büdcəsi, onun xərclənməsi, sərəncamında olan avadanlıqlar və göstərdiyi xidmətlərdən əldə edilən gəlirlər haqqında da məlumat yoxdur.
 İşə qəbul qaydaları, boş iş yerləri haqqında elanlar, tenderlər haqqında da heç bir bilgi nəzərə çarpmır.
 Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatlar yoxdur.
 Hər hansı alqı-satqı əməliyyatı barədə heç bir məlumatın verilməyib.
 Tenderə çıxarılacaq sahələr haqqında məlumatlara rast gəlinmir. 
 Özünə  aid olan informasiya  resursları haqqında məlumatlar yoxdur;
 Öz səlahiyyəti  daxilində  həyata keçirdiyi  yoxlamalar haqqında  məlumatlara rast gəlinmir;
 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin balansında olan əmlak haqqında məlumata yer verilməyib.
 Özəl hüquqi şəxslərə, qeyri-kommersiya təşkilatlarına, büdcədənkənar fondlara dövlət büdcəsindən verilmiş vəsait haqqında söhbət getməyib.
 Dövlət orqanının səlahiyyətli nümayəndələrinin şəkillərinə yer verilsə də çıxışlarına  yer ayrılmayıb;

Bundan başqa sayta olan texniki tələblər yerinə yetirilsə də digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər qoyulmayıb.

Saytın ziyarətindən sonra gəlinən ümumi qənaət bundan ibarətdir ki, saytda standartlara uyğun gəlməyən bir sıra çatışmazlıqlar vardır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV