Gənclər və İdman Nazirliyinin www.mys.gov.az rəsmi internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı
TÖVSİYƏLƏR
4 avqust 2007
Azərbaycan Respublikasının Gənclər və Idman Nazirliyinin www.mys.gov.az domen adlı rəsmi internet saytında yenidən qurulması, daha asan və anlaşıqlı olması üçün “İnformasiya Azadlığının İnkişafı” Koalisiyası tərəfindən bir sıra tövsiyələr aşağıda göstərilmişdir:
• İnteraktiv xidmətlərin azlığı nəzərə alınaraq dizayn və texniki cəhətdən yenilənməyə və zənginləşdirilməyə ehtiyac vardır
• Rəhbər vəzifəli şəxslərlə əlaqə vasitələri tam olaraq göstərilməsi yaxşı olardı.
• Ayrı-ayrı vəzifəli şəxslərin qəbul günləri, saatları və qəbul qaydaları haqqında məlumatlar saytda öz əksini tapmalıdır.
• Saytın qanunvericilik bölməsinə yenidən baxılmalı ,uyğun qanunlar yerləşdirilməli və oraya Azərbaycanın tərəfdar çıxdığı və ya əməl etməli olduğu beynəlxalq sənədlər də əlavə edilməlidir
• Ştat cədvəlinin verilməli və işə qəbul qaydaları ayrıca bölmədə əks olunmalıdır. Mövcud boş iş yerləri haqqında elanlar müvafiq müddət gözlənilməklə verilməli, boş iş yeri olmadıqda həmin bölmədə bu haqda məlumat olmalıdır.
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatların verilməsi faydalı olardı.
• Tenderlər haqqında ayrıca bölmə tərtib edilməli, tender elanları yerləşdirilməli, tender olmadıqda bu haqda elan həmin səhifədə öz əksini tapmalıdır.
• Dövlət büdcəsinin nazirliyə aid hissəsinin icmalı və icrası haqqında bilgilər yer almalıdır.
• Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin öz daxili əmr, sərəncam və qərarları haqqında məlumatların saytda mütəmadi yerləşdirilməsi yaxşı olardı.
• Saytın xəbərlər blokunda məlumat kəmiyyət cəhətdən artırılsa və eləcə də xəbərlərin ardıcıl olaraq dəyişdirilməsi yaxşı olardı.
• Digər dövlət orqanları, habelə aidiyyatı üzrə beynəlxalq təşkilatların saytlarına keçidlər qoyulması yaxşı olardı.