Thursday 21st November 2024,

2007

Ξ Leave a comment

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası www.ntrc.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

posted by

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası  www.ntrc.gov.az domen adlı rəsmi internet saytının monitorinqinin yekunu

2 avqust 2007
Azərbaycan Respublikası Milli Televiziya Və Radio Şurası www.ntrc.gov.az domen adlı rəsmi internet saytının   monitorinqi aparılıb.

İlkin olaraq qeyd etmək lazımdır ki, informasiyaları açıqlanması ilə  bağlı  mövcud  qanunvericiliyin  tələbləri yerinə yetirilməyib və dizayn, tərtibat və informasiya həcmi baxımdan çox aşağı səviyyədə yaradılıb. Səhifələrin çoxu boşdur və ancaq gələcəkdə informasiya yerləşdirilməsi barədə məlumat görünür. Əsas səhifədə yerləşdirilən    Ana səhifə,   Şura haqqında,   Qanunlar   Sənədlər və  normativ aktlar,   Lisenziya qaydaları,      Mətbuat üçün,   Yayımçılar haqqında məlumat kimi menyular da gələcəkdə yerləşdirilən məlumatları əhatə etmir. Saytın əsas səhifəsi Ana səhifə menyusu altında Milli Televiziya və Radio Şurasının 17 mart 2005-ci il tarixli elanı ilə açılır. Bundan başqa həmin səhifədə 2003-2004-cü illərə aid Press relizlərə keçidlər qoyulub.
Şura haqqında menyusunda Şura üzvlərinin tərcümeyi-halı yerləşdirilib. Ancaq onların ünvanı, telefon nömrəsi, email ünvanı və faks nömrəsi göstərilməyib. Bu menyuda nəzərdə tutulan Şura aparatı, Maliyyə hesabatları altmenyuları isə açılmır. Qanunlar menyusunda 5 qanun yerləşdirilməsi nəzərdə tutulub. Göstərilən qanunlardan ancaq 3 –ü yerləşdirilib digərlərinin isə hazırlıq mərhələsində olması barədə məlumat verilir. Burada aydın deyil nə hazırlıq mərhələsindədir. Sənədlər və normativ aktlar menyusunda bir neçə qaydadan başqa heç bir sənəd yerləşdirilməyib. Qalan digər menyular adları olsa da heç bir informasiya yoxdur.

Azərbaycan Respublikası Milli Televiziya Və Radio Şurası  haqqında ümumi məlumatlar Azərbaycan Respublikası Milli Televiziya Və Radio Şurası  haqqında ümumi məlumatlar heç bir menyuda nəzərdə tutulmayıb və verilən informasiya lazımı tələblərə tam cavab vermir. Belə ki, göstərilən bölmədə verilməsi tələb olunan bütün məsələlər nəzərdən qaçmış və həllini tapmayıb. Elanda verilmiş məlumatın müddəti çoxdan keçsə də həmin səhifədə dəyişiklik edilməyib. Bundan başqa burada ştat cədvəli haqqında məlumat yoxdur. Eyni zamanda Azərbaycan Respublikası Milli Televiziya Və Radio Şurasi öz Daxili Əmr, sərəncam və qərarları haqqında, eləcə də öz sahəsində dövlət sirri təşkil edən məlumatların siyahısına rast gəlinmir. Rəhbər işçilərin qəbul saatları barədə məlumatlar, vətəndaşların qəbul  qaydaları ümumiyyətlə saytda nəzərdə tutulmayıb.

Azərbaycan Respublikası Milli Televiziya Və Radio Şurası fəaliyyəti barədə hesabatlar
. Büdcə və büdcə proqnozları
Bu bölümə aid  demək olar ki, qoyulan tələblər öz həllini tapmayıb. Yekunlaşdıraraq demək olar ki, digər menyularda da yerləşdirilən informasiya qanunvericilik tərəfindən qarşıya qoyulmuş tələblərə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Milli Televiziya Və Radio Şurasının cari fəaliyyəti işıqlandırılmayıb. Bunlarla yanaşı  saytda digər zəif məqamlar aşağıdakılardır:
• Şikayət, təklif və sorğuların icmalı, informasiya sorğularının tərtib olunması, qəbulu  və göndərilməsi  qaydaları haqqında məlumatlar yerləşdirilməyib.
• Saytda zəif cəhətlərdən biri də dövlət büdcə məsələlərinə ümumiyyətlə nəzərə alınmamasıdır.  Burada AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TELEVİZİYA və RADİO ŞURASI büdcəsinin icrası, dövlət büdcəsinin gəlir proqnozunun icrası barədə məlumata rast gəlinmir.
• Qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar barədə məlumatların olmamağı;
• Dövlət  alqı-satqı əməliyyatları, tenderlər, Müsabiqələr  barədə heç bir məlumat  verilməyib
• Özünə  aid olan informasiya  resursları haqqında məlumat yoxdur;
• Öz səlahiyyəti  daxilində  həyata keçirdiyi  yoxlamalar  və monitorinqlər  haqqında  məlumatlara rast gəlinmİR;

Göstərilən xidmətlərə dair məlumatlar.Bu bölümdə də qanunda nəzərdə tutulan tələblər nəzərə alınmayıb. Belə ki, heç bir qarşılıqlı əlaqə xidmətləri saytda təşkil olunmayıb. İnteraktiv online xidmətləri yoxdur. Eyni zamanda xidmətlər, lisenziyalar, rüsumlar və onların doldurulmuş nümunələri verilməyib.

Sayt olan texniki tələbatlar Sayta olan texniki tələblər yerinə yetirilməyib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV