Friday 26th April 2024,

2016

Ξ Leave a comment

Mərkəzi Bankının www.cbar.az domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Mərkəzi Bankının www.cbar.az domen adlı internet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikasının Mərkəzi Bankının www.cbar.az ünvanlı İnternet saytının monitorinqində qeyd etdiyimiz kimi, saytın texniki imkanları və funksionallığı qaydasındadır. Lakin, saytda çatışmayan bilgilər də mövcuddur.  Bu çatışmazlıqları aradan qaldırmaq istiqamətdə bəzi tövsiyələr təqdim etməyə zərurət var.

Rəhbər şəxslərin əlaqə telefonları olmasa da aşağı işçi heyəti ilə əlaqə imkanları var. Dövlət qurumunun ünvanının marşrut və sxemi olsa da, dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur. Qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları qeyd edilib. Lakin, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgi təqdim edilməmişdir. Həmçinin, rəhbər və rəhbər işçilər, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları olsa da dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları nəzərə çarpmır. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapsa da bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya da öz əksini tapmayıb. Saytda xidmətlərdən istifadə qaydaları olsa da Çağrı Mərkəzi mövcud deyil, Ümumi Qaynar Xətt də yoxdur. Lakin, ayrı-ayrı məsələlər üzrə Qaynar Xətt nömrələri var ki, bunları yalnız axtarış sistemi vasitəsilə çox çətinlklə tapmaq mümkündür.

Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında heç bir bilgi yoxdur. İşə qəbulun norma və qaydaları da dolğun əks edilməyib. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar olsa da boş iş yerləri haqqında elanların arxivi əhatəli və aydın qeyd edilməmişdir. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, habelə dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi yoxdur.  Lakin, dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları saytda öz əksini tapmışdır.

Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir. Sosial şəbəkələrdə də səhifəsinə rast gəlinmir.

             Beləliklə, bu resursun təkmilləşdirilməsi üçün bəzi tövsiyələrimizi təqdim edirik:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcud olduğuna görə əlavə tövsiyə verilmir.

2. Rəhbər şəxslərin əlaqə telefonları olmasa da aşağı işçi heyəti ilə əlaqə imkanları var. Dövlət qurumunun ünvanının marşrut və sxemi olsa da dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur. Bu barədə bilgilərin olması tövsiyyə olunur.

3. Qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları qeyd edilsə də struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgi təqdim edilməmişdir. Bu bilgilərin də olması tövsiyyə edilir.

4. Rəhbər və rəhbər işçilər, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları olsa da dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları nəzərə çarpmır. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapsa da bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur. Bu bölməyə aid tövsiyyələrimiz bundan ibarətdir.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib. Bu sahədə heç bir tövsiyəyə gərək duyulmur.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmadığı üçün onun yer alması tövsiyyə edilir.

7. Saytda xidmətlərdən istifadə qaydaları olsa da Çağrı Mərkəzi mövcud deyil, Ümumi Qaynar Xətt də yoxdur. Lakin, ayrı-ayrı məsələlər üzrə Qaynar Xətt telefon nömrələri var ki, bunları yalnız axtarış sistemi vasitəsilə çox çətinliklə tapmaq mümkündür. Bu kimi bilgilərə çatmanın asanlaşdırılmasını tövsiyyə edirik.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında heç bir bilgi yoxdur. İşə qəbulun norma və qaydaları da dolğun əks edilməyib. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar olsa da boş iş yerləri haqqında elanların arxivi əhatəli və aydın qeyd edilməmişdir. Bunun nəzərə alınmasını tövsiyyə edərdik.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir. Bu bilgilərin təqdim edilməsi tövsiyə olunur.

10. Dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları saytda öz əksini tapsa da vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, habelə dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi yoxdur. Bu halın əks olunmasını tövsiyyə edərdik.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, elanların arxivi qeyd edilsə də, mübahisələrin həlli qaydalarının da olması tövsiyyə olunur.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtlərinin göstərilməsi tövsiyə edilir.

13. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Sosial şəbəkələrdə səhifəsi mövcud olmadığı üçün onun yaradılması tövsiyə edilir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV