Friday 26th April 2024,

2016

Ξ Leave a comment

Mərkəzi Bankının www.cbar.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Mərkəzi Bankının www.cbar.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Mərkəzi icra orqanlarının rəsmi internet resurslarının informasiya açıqlığının müəyyən edilməsi üçün nəzərdə tutulan parametrlərə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının www.cbar.az  rəsmi saytında aparılan monitorinqin nəticəsi olaraq qeyd etməliyik ki, Nazirliyin rəsmi internet saytının monitorinqi 13 parametr və 59 qiymətləndirici meyarlar üzrə onlayn şəffaflıq vəziyyətini analiz edərək aparılmışdır. Metodikada dövlət  qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin  kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi  və qiymətləndirilməsi ilə tanış ola bilərsiniz.

Mərkəzi Bankın internet resursu əsasən yaxşı qiymətləndirilir və istifadəçi üçün əl çatımlıdır. Saytın istifadəsi rahatdır, bəzi parametrlər üzrə məlumatlar olmasa da, əsasən lazımi bilgi təqdim edilir.

Xüsusilə diqət çəkən məqamlara nəzər salaq. Saytda Hökumət Ödəniş Portalı vasitəsilə çox vacib xidmətlərin həyata keçirilməsini görürük. Bunlar Büdcə Ödənişləri, Bələdiyyə Ödənişləri, Kommunal Ödənişlər, ASAN Xidmət Ödənişləri, İpoteka Ödənişləri, Rabitə Ödənişləri, Təhsil Ödənişləri, Sığorta Ödənişləridir.

Həmçinin Maliyyə Savadlılığı Portalı, Nağdsız ödənişlər üzrə nominasiya, Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti, Elektron Statistik Məlumat Bazası və Analitik Hesabatlılıq Sistemi (ESAHS), IBAN – bank hesab nömrəsi də olduqca önəmli funksiya daşıyır.

Dünya Bankının Vaşinqtondakı baş ofisində, Azərbaycan Respublikasinin Mərkəzi Banki 20 ildə, Real sektorun monitorinqi, Virtual Qarabağ, Sorğu Platforması kimi əhəmiyyətli keçidlər də var. Bundan əlavə, qurumun tarixi haqda hazırlanmış materialda məlumatlar  geniş verilmişdir. Bankın fəaliyyət istiqamətləri, bankın təsisçisi, baş direktoru, aparat haqqında ətraflı bioqrafik məlumatlar mövcuddur. Saytda qaynar xəttin, e-xidmətlərin təklif olunması təqdirəlayiq haldır. Saytın xəritəsində tabe qurumların  ayrı-ayrılıqda  rəhbərləri, onlarla  əlaqə vasitələri və qurumların fəaliyyətini əks etdirən videosüjetlər hazırlanmışdır ki, bu da saytı zənginləşdirir.  Regional mərkəzlərin yerləşdiyi ünvan, rəhbərliklə əlaqə haqda bilgi verilir. Bank işi ilə bağlı məlumat bolluğu, hətta terminlər lüğətinin verilməsi saytı zənginləşdirən cəhətlərdəndir.

Bəzi sahələr üzrə bilgilərin verilməməsini nəzərə almasaq, ümumilikdə sayt qənaətbəxşdir.

Qurum haqqında Dövlət Xidmətləri Portalında (www.dxr.az)  məlumat bazası mövcud deyil.

Parametrlər üzrə saytın ümumi mənzərəsi aşağıdakı kimidir:

1. Dövlət qurumu ilə bağlı informasiya bölümündə qurumun tarixi, rəhbərləri və kollegiya haqqında məlumatlar, həmçinin dövlət qurumunun fəaliyyətini təmin edən qanunverici baza, əsasnamə və təlimatalar barədə yetərli bilgilər mövcuddur.

2. Ziyarətçilərin dövlət qurumu ilə əlaqə saxlaması üçün imkanlar  qənaətbəxşdir. Dövlət qurumunun yerləşdiyi ünvan, telefon nömrələri, e-poçt ünvanı haqqında bilgi verilir. Rəhbər şəxslərin əlaqə telefonları olmasa da aşağı işçi heyəti ilə əlaqə imkanları var. Dövlət qurumunun ünvanının marşrut və sxemi olsa da dövlət qurumuna getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat barədə məlumatlar yoxdur.

3. Dövlət qurumunun strukturunun ümumi sxemi, Aparat sistemli göstərilməyib. Qurumunun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin dəqiq (tam) ünvanları qeyd edilib. Lakin, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri barədə bilgi təqdim edilməmişdir.

4. Rəhbər və rəhbər işçilər, əsas rəhbərin və onun müavin(lər)inin bioqrafiyaları olsa da dövlət qurumunun rəhbəri ilə əks əlaqə imkanları nəzərə çarpmır. Ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, dövlət qurumu ilə əks əlaqə üçün ümumi imkanlar saytda öz əksini tapsa da bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

5. Dövlət qurumunun cari fəaliyyəti haqqında informasiya, mətbuat üçün açıqlamalar və onların  tezliyi, dövlət qurumuna aid olan informasiya, dövlət qurumuna aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla), dövlət qurumunun həyata keçirdiyi proqram və layihələrlə bağlı bölmə və yetərli məlumatlar ətraflı göstərilib.

6. Ümumi dövlət büdcəsinin quruma aid hissəsi (ayrıntıları ilə) və onun icrası, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya öz əksini tapmayıb.

7. Dövlət qurumu tərəfindən təklif edilən xidmətlər haqqında informasiya bölümündə qurumunun təklif etməli olduğu mütləq xidmətlər, dövlət qurumu tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin statistikası, onlayn müraciət imkanı yetərlidir. Hətta, Hökumət Ödəniş Portalı vasitəsilə çox vacib xidmətlər həyata keçirir. Bunlar Büdcə Ödənişləri, Bələdiyyə Ödənişləri, Kommunal Ödənişlər, ASAN Xidmət Ödənişləri, İpoteka Ödənişləri, Rabitə Ödənişləri, Təhsil Ödənişləri, Sığorta Ödənişləridir. Saytda xidmətlərdən istifadə qaydaları olsa da Çağrı Mərkəzi mövcud deyil, Ümumi Qaynar Xətt də yoxdur. Lakin, ayrı-ayrı məsələlər üzrə Qaynar Xətt nömrələri var ki, bunları yalnız axtarış sistemi vasitəsilə çox çətinliklə tapmaq mümkündür.

8. Dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında heç bir bilgi yoxdur. İşə qəbulun norma və qaydaları da dolğun əks edilməyib. Dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar olsa da boş iş yerləri haqqında elanların arxivi əhatəli və aydın qeyd edilməmişdir.

9. Sahə işçilərinin əmək haqları bölümündə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası barədə məlumat təqdim edilməmişdir.

10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) bölümündə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, habelə dövlət qulluqçusunun etika qaydaları haqqında bilgi yoxdur.  Lakin, dövlət qurumunun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları saytda öz əksini tapmışdır.

11. Tender və yarışmaların keçirilməsi ilə bağlı bütün mümkün qayda və elanlar bölümündə dövlət qurumu tərəfindən tenderlər, hərraclar və yarışmaların keçirilmə qaydaları, tenderlərin, hərracların keçirilməsi ilə bağlı elanlar və nəticələri, elanların arxivi qeyd edilsə də, mübahisələrin həlli qaydaları yoxdur.

12. Dövlət qurumunun norma (qanun) yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), dövlət qurumunun norma- (qanun) yaratma fəaliyyəti ilə bağlı arxiv barədə məlumatlar var. Lakin, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri göstərilmir.

13. Yuxarıda qeyd edilən informasiyalara giriş üçün texniki imkanlar qənaətbəxşdir. Dövlət qurumunun İnternet resurslarının mövcud qaydalara uyğunluğu, abunə imkanları və əks əlaqə üçün onlayn formaların mövcudluğu, istifadə rahatlığı, domen rahatlığı, sayt daxilində axtarış öz əksini tapıb. Lakin, sosial şəbəkələrdə səhifəsinə rast gəlinmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV