Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti www.binegedi-ih.gov.az domen adlı İnternet saytın zəngin məlumatlı olsa da çatışmazlıqlardan xali deyil. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə tövsiyələrimizi diqqətə çatdırırıq.
1. Tövsiyə olunur ki, qurumun özü haqqında, quruma daha öncə başçılıq etmiş şəxslər, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqqında bilgilər əlavə edilsin.
2. Yaxşı olardı ki, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilsin. Bu ziyarətçilərin əks əlaqəsini daha da uyğun bir hala gətirərdi.
3. İcra Hakimiyyətinin struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.
4. Qurumun rəhbəri, onun müavinləri haqda olduğu kimi, digər rəhbər işçilər və onlarla əks əlaqələr baxımından bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında da bioqrafik bilgilərin təqdim edilməsi yaxşı olardı.
5. Qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin də yenilənməsi tövsiyə olunur.
6. Büdcə ilə bağlı məsələlər haqqında saytda daha da ətraflı bilgi verilməsi də tövsiyələr sırasındadır.
7. Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında bilgilərin verilməsi tövsiyyə olunur.
8. Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin saytda öz əksini tapması faydalı olardı.
9. Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyyə olunur.
10. Tövsiyələr sırasına vətəndaşların qəbul şərtləri haqqında həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsini də əlavə etmək olar.
11. Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi də tövsiyə olunur.
12. Saytın texniki imkanlarının da ha da yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.