Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti www.binegedi-ih.gov.az İnternet resursunun görünüşü standartdır. Amma rayon haqqında geniş məlumat almağa imkan yaradan əlavə bölmələr saytın görünüşünü zənginləşdirir. Və bu bölmələrin istifadəsinin rahatlığı, mümkün olan bütün informasiyalarla zəngin olması saytın üstünlüyü kimi qiymətləndirilə bilər. Ötən ildən bəri davam edən layihələr haqda da (Təmiz Binəqədi layihəsi) yenə də saytdan lazımi qədər məlumatlanmaq olar. “Sual-cavab və təkliflər”, “Elektron xidmətlər”, “Mənzil-uçot siyahıları”, Müraciət formaları“, “Sakinlərin müraciət xidməti (1646)”, “Müraciətlərin statistikasi” (ayri-ayri illər üzrə) və bir çox bölmələr qurumun ictimaiyyətə açıq olduğunu hələ də davam etdiyini göstərir. Saytda rayonun Milli Qəhrəmanları, deputatları haqqında da məlumatlar var. Saytın sosial şəbəkələrə (Facebook, YouTube, Twitter, Instagram) çıxışı da müsbət qiymətləndirilir. Xəbərlər bölməsində informasiyalar daim yenilənir.
Beləliklə, Binəqədi Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:
1. Rayon haqqında (əhalisi, tarixi, iqtisadiyyatı, təhsili, səhiyyəsi, mədəniyyəti, turizmi, idmanı, rayonda yerləşən dövlət qurumları, şirkətlər, fəaliyyət göstərən müəssisələr və s.) bütün lazım olan informasiyaları almaq mümkündür. Qurumun özü haqqında, onun rəhbəri haqqında verilmiş məlumatlar lazımi qıdırdir. Lakin qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə isə məlumat verilmir.
2. Qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı ziyarətçilərin əks əlaqəsini asanlaşdırır. Amma quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlar yoxdur.
3. Struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında da məlumatlar olasa da, qurumun strukturu haqqında sxem və müavinlər haqqında məlumatlar, onlarla əlaqə nömrələri saytda var.
4. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur. Amma rəhbər və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları təqdim edilir.
5. Cari informasiyalar daim yenilənir. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də bilgilər təqdim edilir.
6. Saytda 2013-cü ildən bəri qurumun büdcəsi, büdcənin icrası haqqında, büdcədən kənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalara hesabat bölməsində, rayonun illik hesabatinda rast gəlmək olur.
7. Onlayn müraciət imkanı olsa da, qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər haqqında da heç bir bilgi yoxdur.
8. Təqdim edilməyən məlumatlar sırasında boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da var.
9. Qurumun işçilərinin əmək haqları ilə bağlı da heç bir məlumat verilmir.
10. Vətəndaşların qəbulu ilə bağlı qurmun rəhbərinin iş qrafiki, ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları göstərilsə də, onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.
11. Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.
12. Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da, abunə imkanı yoxdur.