Wednesday 19th December 2018,

2007_2008

Ξ Leave a comment

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə məxsus www.azstat.org ünvanındakı İnternet resursunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr

posted by

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin www.azstat.org domen adlı ünvanında yerləşən İnternet resursunda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan xeyli informasiyalar  yerləşdirilib. Bununla belə saytda müəyyən çatışmazlıqlar qalmaqdadır  və məhz bunu nəzərə alaraq onun işinin təkmilləşdirilməsi ilə bağlı bir sıra tövsiyələrimizi diqqətə çatdırmaq istərdik. Beləliklə, ilkin tövsiyələrimiz:

1. Saytın ana səhifəsində və digər səhifələrində nəşrlərin katalog bazası üzrə axtarışdan fərqli olaraq ümumi axtarış qutusu yerləşdirilməlidir.

2. Əks əlaqə üçün yalnız ümumi e-poçt ünvanı, telefon və faks nömrələrinin verilməsi yetərli sayıla bilməz. Buna görə də ayrı-ayrı vəzifəli şəxslərlə birbaşa əlaqə imkanları da göstərilməlidir.

3. Əks əlaqə üçün həm də onlayn müraciət forması
yerləşdirmək məqsədəuyğun olardı.

4. Dövlət Statistika Komitəsi haqqında adlı keçiddə demək olar ki, hər şey verilsə də qurumun rəhbəri də daxil olmaqla vəzifəli şəxslərin biografiyaları, hətta heç adları belə gözə dəymir. Belə bir informasiyanın hazırlanması və yerləşdirilməsi elə də ciddi səy tələb etmədiyi üçün tezliklə sayta qoyulması vacibdir.

5. Saytda boş iş yerləri haqqında məlumatların verilməsi müsbət haldır. Bununla belə həmin məlumatların daha dolğun verilməsinə ehtiyac var. Yəni hər bir boş iş yeri üçün ayrıntılı elan yerləşdirilməsi daha doğru olardı.

6. Saytda çatışmayan cəhətlərdən biri və deyərdik ki, ən vacibi də quruma aid büdcənin ümumiyyətlə gözə dəyməməsidir. Yaxşı olar ki, büdcə hissəsi də  resursa əlavə edilsin.

7. Daha bir vacib məqam isə quruma aidiyyatı olan və dövlət sirri hesab edilən məlumatların siyahısının verilməməsidir. Hər halda bu siyahını sayta yerləşdirmək elə də ciddi problem sayılmamalıdır. Xüsusən də nəzərə alsaq ki, bu, qanunun birmənalı tələbidir.

8. Sayta digər dövlət qurumlarının və uyğun beynəlxalq təşkilatların saytlarına keçidlərin yerləşdirilməsi də tələblər sırasındadır. Bu da xüsusi çalışma tələb etməyən məsələlərdən biridir.

9. Vəzifəli şəxslərin qəbuluna düşmək üçün qaydalar və qəbul günləri haqqında da heç bir bilgi verilməyib ki, bunu da aradan qaldırmaq vacibdir.

10. Daha bir tövsiyəmiz isə domen ünvanı ilə bağlıdır. Dövlətin ən vacib strukturlarından biri olan komitənin İnternet saytı təbii olaraq .gov.az domen zonasında yerləşməlidir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV