Friday 26th April 2024,

2016

Ξ Leave a comment

Xocavənd Rayon İcra Hakimiyyəti www.xocavend-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Xocavənd Rayon İcra Hakimiyyəti www.xocavend-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyəti www.xocavend-ih.gov.az ünvanlı İnternet resursunun görünüşü də digər bəzi icra orqanlarının saytlarından bölmələrin çox olması ilə fərqlənir. Saytın istifadəsi də rahatdır. Saytdan rayon haqqında kifayət qədər məlumat almaq olar. Bunu saytdakı bölmələrə də nəzər yetirərkən görmək mümkündür. Əhali bölməsində verilən informasiya geniş və hərtərəflidir. Amma saytın səhiyyə bölməsindəki informasiyanın azlığı, bank bölməsinin boş olması nəzərdən qaçmır. yuxarıda qeyd etdiyimiz kimi, saytda bölmələr çoxdur. Amma elə bölmələr var ki, bir-birini təkrar edir. Məsələn, İctimai şura bölməsində alt bölmə kimi Elanlar olsa da, ayrıca Elanlar bğlməsi var, amma işlək deyil. Bundan başqa Xocavənd qəzeti, Xocavənd mətbuatda, Sual-cavab və təkliflər, Rayon idarələri bölmələri də boşdur. Saytın sosial şəbəkələrə çıxışı yoxdur. Xəbərlər bölməsi nisbətən normaldır, informasiyaların daim olmasa da, ara-sıra yenilənməsi diqqət çəkir.

Beləliklə, Xocavənd Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Rayonun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, təhsili, mədəniyyəti, idmanı haqqındakı bilgilər kifayət qədərdir. Qurumun rəhbəri haqqında verilmiş məlumatı da dolğun hesab etmək olar. Amma səhiyyə barədəki məlumat azdır. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumun səlahiyyət çərçivələri barədə isə saytda məlumat verilmir.

2.  Əhalinin qurumla əlaqəsi üçün onun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, əhalini qəbul edəcək rəhbər işçilərin adları, telefon nömrələri, hətta mobil nömrələri, vətəndaşların qəbul saatları saytda öz əksini tapıb. Amma quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.

3.  Saytda qurumun strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar, onlarla əlaqə nəmrələri var. Şura bölməsindəki bilgiləri də qənaətbəxş hesab etmək olar.  Lakin struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlar isə saytda öz əksini tapmır.

4.  Rəhbər haqqında saytda bioqrafik informasiya mövcuddur. Struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında da bilgilər təqdim edilir. Bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər isə yoxdur.

5.  Cari informasiyalar baxımından sayt nisbətən zəngin sayıla bilər. Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.   Saytda qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri, subsidiya alanlar haqda informasiyalara da rast gəlmək olmur.

7.  Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında da heç bir bilgi yoxdur. Burada yalnız onlayn müraciət imkanı təqdim edilir.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı da heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri, vəzifəli şəxslərin əlaqə nömrələri, qəbul saatları barədə bilgilər var. Amma onlar tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV