Friday 26th April 2024,

2016

Ξ Leave a comment

Qax Rayon İcra Hakimiyyəti www.qax-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by informadmin
Qax Rayon İcra Hakimiyyəti www.qax-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

Azərbaycan Respublikası Qax Rayon İcra Hakimiyyəti  www.qax-ih.gov.az İnternet resursunun görünüşü normal, istifadəsi də rahatdır. Saytdan rayon haqqında lazımi qədər məlumat almaq mümkündür. Rayonun tarixi, iqtisadiyyatı, təhsili, mədəniyyəti və idmanı bölmələrindəki məlumatlar genişdir. Subsidiyalar, virtual tur, etik davranışlar bölmələri mövcuddur. Xəbərlər bölməsini qənaətbəxş hesab etmək olar, informasiyaların daim olmasa da ara-sıra yenilənməsi diqqət çəkir. Əhali, səhiyyə bölmələrində informasiyanın azlığı, fəaliyyət bölməsinin isə boş olması isə gözdən qaçmır.

Beləliklə, Qax Rayon İcra Hakimiyyəti saytinın ümumi mənzərəsi aşağıdakı kimidir:

1.  Qurum, qurumun rəhbəri haqqında verilmiş  məlumatlar qənaətbəxşdir. Rayonun tarixi, iqtisadiyyatı, təhsili, mədəniyyəti, idmanı haqqındakı bilgilər də kifayət qədərdir, Rayonun əhalisi, səhiyyəsi haqdakı bilgi isə çox azdır. Qurumun tarixi, quruma daha öncə başçılıq etmiş şəxslər barədə məlumat, qurumunun fəaliyyətini təmin edən qanunverici baza, qurumun səlahiyyət çərçivələri barədə isə məlumat verilmir.

2. Saytda əhalinin qurumla əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrəsi, e-poçt ünvanı, hətta  birbaşa əhalini qəbul edəcək rəhbər işçilərin də e-ünvanları, qəbul günləri və saatları verilsə də, onlarla əlaqə nömrələri öz əksini tapmayıb. Quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında məlumatlara da rast gəlinmir.

3.  İcra hakimiyyətinin strukturu haqqında sxem və müavinlər haqqında mə­lumatlar saytda var. Lakin Şura bölməsindəki bilgilər isə çox az,  struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeli­yindəki informasiya sistemləri haqqında məlumatlar isə yoxdur.

4.  Qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları olsa da, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər yoxdur.

5.  Cari informasiyalar baxımından sayt elə də zəngin sayıla bilər. Xəbərlər arasındakı interval çoxdur.  Qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə də heç bir bilgi təqdim edilmir.

6.  Saytda  qurumun büdcəsi, büdcənin  icrası haqqında,  büdcədənkənar daxil­olmalar və onların istiqamətləri barədə informasiyalar əksini tapmayıb. Subsidiya bölməsi olsa da, oradakı məlumat 2014-cü ilə aiddir.

7.  Onlayn müraciət imkanı təqdim edilir. Amma qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında heç bir bilgi yoxdur.

8.   Boş iş yerləri və işə qəbulla bağlı (qurum və onun struktur böl­mələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları,  işə qəbulla bağlı komissiyalar haqqında, qurum  və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və elanların arxivi) məlumatlar da təqdim edilməyən bilgilər sırasındadır.

9.   Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat verilmir.

10.  Vətəndaşların qəbulu ilə bağlı yalnız rəhbər və ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların sadəcə qəbul günləri və saatları barədə bilgilər var. Burada nə vəzifəli şəxslərin əlaqə nömrələri və onlar  tərəfindən vətəndaşların qəbul norma və qaydaları, nə də qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilər təqdim edilmir.

11.  Tender və yarışmalar haqqında hər hansı bilgiyə rast gəlinmir.

12.  Saytın texniki imkanları normal səviyyədədir. Onlayn müraciət forması təqdim olunsa da,  abunə imkanı yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV