Friday 26th April 2024,

2016

Ξ Leave a comment

Tovuz Rayon İcra Hakimiyyəti www.tovuz-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by informadmin
Tovuz Rayon İcra Hakimiyyəti www.tovuz-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti  www.tovuz-ih.gov.az domen adlı İnternet saytını normal icra orqanı saytı kimi qiymətləndirmək olar. Bölmələrin bəzisindən dolğun informasiya almaq mümkündür, bəzilərindən isə kifayət qədər məlumat almaq olmur. Bu çatışmazlıqların aradan qaldırılmasına kömək məqsədilə  tövsiyələrimizi diqqətə çatdırırıq.

1.    Saytda rayon haqqındakı bilgilərdə tarix, mədəniyyət, səhiyyə, idmanla yanaşı, coğrafi mövqe, əhali bölmələrindəki informasiyaları dolğunlaşdirmaq, qurumun özü haqqında da, quruma daha öncə başçılıq etmiş şəxslər haqqında da, qurumunun fəaliyyətini təmin edən qanunverici baza haqqında da, qurumun səlahiyyət çərçivələri və hakimiyyət qolunda yeri haqda da bilgilərin əlavə edilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin əks əlaqəsini asanlaşdırmaq baxımından qurumun yerləşdiyi ünvanın sxemi, quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

3.   İcra Hakimiyyətinin strukturu haqqında sxem təqdim olunsa da və orada müavinlər adları qeyd olunsa da, onlar haqqında məlumatlar, onlarla əlaqə, struktur bölmələrinin dəqiq (tam) ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında məlumatların təqdim edilməsi də tövsiyə olunur.

4.   Qurumun  rəhbəri haqqında təqdim olunmuş informasiya kimi, digər rəhbər işçilər və onlarla əks əlaqələr baxımından  bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilərin təqdim edilməsi, qurumun rəhbəri və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları haqqında təqdim edilmiş qısaca bilgilərin isə dolğunlaşdırılması tövsiyə olunur. Rəhbər, rəhbər işçilərin hamısı ilə əks əlaqələrin də saytda yerləşdirilməsi yaxşı olardı.

5.  Saytdaki cari informasiya iyulun 15-nə aiddir. Onların daim yenilənməsi, qurumdaxili əmr və qərarların, bu cür aktların reyestri (qəbul və qüvvəyə minmə tarixi də daxil olmaqla) və dövlət qurumunun həyata keçirdiyi proqram və layihələr barədə bilgilərin isə təqdim edilməsi tövsiyə olunur.

6.   Yaxşı olardı ki, büdcə ilə bağlı məsələlər haqqında saytda bilgi verilsin.

7.   Qurumun təklif etməli olduğu mütləq və əlavə xidmətlər  haqqında bilgilərin verilməsi tövsiyyə olunur.

8.    Boş iş yerləri və işə qəbulla bağlı bilgilərin də saytda öz əksini tapması tövsiyə olunur.

9.    Rəhbər, onun müavinlərinin və struktur bölmələri rəhbər işçilərinin əmək haqlarının da təqdim edilməsi tövsiyə olunur.

10.  Həm vətəndaşlarin qəbul şərtləri və qəbul günləri (saatları), həm vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları, həm də  qurumda vətəndaşların qəbul qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

11.   Tender və yarışmalar haqqında bilgilərin təqdim edilməsi tövsiyyələr sırasındadır.

12.   Saytın texniki imkanlarının yaxşılaşdırılması və abunə imkanının da daxil edilməsi tövsiyyə olunur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV