Friday 26th April 2024,

2007_2008

Ξ Leave a comment

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə məxsus www.mincom.gov.az ünvanındakı İnternet resursunun monitoringi

posted by

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) www.mincom.gov.az domen adlı İnternet saytı daha öncəki monitoringlər zamanı yüksək yerlərdə qərar tutmuşdu. Bu dəfəki ziyarətimiz də saytın iddialarında qaldığını, hətta daha da irəli getdiyini təsdiq etməkdədir. Tərtibat və funksionallıq baxımından əsaslı şəkildə dəyişikliyə məruz qalmış sayt həm də məzmun baxımından xeyli zənginləşib. Burada bir çox dövlət qurumlarının saytlarında rast gəlmədiyimiz informasiyalar belə (məsələn, tenderlər, boş iş yerləri kimi) yer alıb. Təbii ki, bu da müsbət qiymətləndirilməklə bərabər digərlərinin də bu təcrübədən yararlanmasının tövsiyə edilməsində fayda vardır.

RİTN-in İnternet saytı giriş səhifəsi ilə açılır. Burada Az, Eng və Ru keçidlərindən birinə tıqlamaqla müvafiq dildə olan səhifəyə keçmək mümkündür. Monitoringini apardığımız Az variantı ana səhifə ilə açılır. İlk baxışdan burada üç menyu gözə dəyir. Ancaq daha irəli getdikcə bunun belə olmadığı anlaşılır. Yəni əsas menyudakı keçidlərə tıqladıqca onların tərkibindəkilərin mündəricatı sol tərəfdə əks olunur. Bu ziyarətimiz zamanı aşkar etdik ki, sayt həm də digər qurumların eyni resurslarından fərqli olaraq daha ayrıntılı bilgilər təqdim edir. Əlbəttə ki, bu da ziyarətçilərin tələbatlarının ödənilməsini asanlaşdırır.

Onu da qeyd edək ki, elə ana səhifədə istənilən ziyarətçi xeyli sayda faydalı bilgi əldə edə bilər. Ancaq bununla yetinməyənlər daha irəli gedib istədikləri bilgiyə yetişə bilərlər…

Əsas menyu

Əsas səhifə: xəbərlər, ən çox verilən sual, forum, qonaq kitabı, arayış (indekslər, ŞAB kodları), elanlar, aktual (təbriklər, şərhlər, çıxışlar, müsahibələr), linklər (RRB iştirakçılarının linkləri, Azərbaycan linkləri, rabitə linkləri, faydalı linklər, banklar, KİV);

Nazirlik: prezidentin sərəncamı, əsasnamə, struktur, rəhbərlik, şöbələr (hüquq və kadrlar şöbəsi, dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsi, tənzimləmə şöbəsi, maliyyə, uçot və iqtisadi təhlil şöbəsi, BƏ və qeyri-dövlət qurumları ilə iş şöbəsi, ümumi şöbə, informasiya cəmiyyətinin inkişafı şöbəsi, strateji planlaşdırma və elmi potensial şöbəsi, məxfi şöbə), nazirliyin fəaliyyəti (hüquq və vəzifələr, poçt və telegraf, telefon rabitəsi, radio-TV yayımı, peyk və radio rabitəsi, informasiya texnologiyası, sertifikatlaşdırma, lisenziya, beynəlxalq rabitə, internet, mətbuat yayımı), beynəlxalq əlaqələr (Ümumdünya Poçt İttifaqı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Rabitə Sahəsində Regional Əməkdaşlıq Birliyi, Beynəlxalq peyk və kosmik rabitə təşkilatları, CEPT, ETSİ, Europian Union, NATO-nun Elm komitəsi, Beynəlxalq Peyk Təşkilatı İntersputnik, Avrasiya Poçt İttifaqı), beynəlxalq sənədlər, kollegiya, elmi-texniki şura, Koordinasiya Şurası, rəsmi sənədlər, birlik və müəssisələr (dövlət, birgə), tarix (Azərbaycanda rabitənin inkişaf tarixi, Heydər Əliyev və Azərbaycanda rabitə, fotoalbom, nazirliyin tarixi, məşhur rabitəçilər, məşhur rabitəçi idmançılar, rabitə muzeyi), mətbuat xidməti, Naxçıvan MR;

Telekom: tarix, rəsmi sənədlər, rabitə qaydaları, xidmətlər (geniş zolaqlı rabitə, telefon (məftilli), peycing, radiotrank və simsiz telefon, respublikadaxili və beynəlxalq telekommunikasiya, televiziya və radio yayımı, universal telekommunikasiya), beynəlxalq rabitə, birlik və təşkilatlar (dövlət, birgə, özəl), rabitə təhlükəsizliyi, tariflər (telefon, radio, TV, peyk), radio-TV yayımı (analog, rəqəmsal, kabel, şanvari, peyk radio-TV), simsiz rabitə (GSM, CDMA), sorğu-məlumat xidmətləri, xüsusi rabitə xidməti, servis xidmətləri, TAE, standartlar;

İT: tarix, rəsmi sənədlər, birlik və təşkilatlar (dövlət, özəl), İnternet (provayderlər, elektron xidmətlər, tariflər, naqilsiz, peyk), e-hökumət (dövlət programının məqsədi, programın reallaşmasının əsas istiqamətləri, maliyyə mənbələri, layihələr, sənədlər), fiber-optik (tariflər, geniş zolaqlı rabitə, standartlar)

Poçt: tarix, rəsmi sənədlər, qaydalar (poçt, telegraf), xidmətlər (poçt, telegraf), tariflər (poçt, telegraf), poçt təhlükəsizliyi, kiber poçt, kiber pul, kiber məsləhət, beynəlxalq fəaliyyət, birlik və təşkilatlar (dövlət, özəl), standartlar;

Sağ (əlavə) menyu: dövlət programları, hüquqi sənədlər (qanunlar, qərarlar, əsasnamələr, fərman və sərəncamlar, qaydalar), müsabiqə-tender-layihə (müsabiqələr, tenderlər, layihələr), istifadəçilər üçün (əlaqələr, məlumat kitabçası, qaynar xətt, forma və blanklar, lisenziya formaları, rəy və təkliflər, sual-cavab, boş nomrələr), statistika (maliyyə və iqtisadi göstəricilər, statistik göstəricilər, sorğular), sərgi-konfrans-seminar, əlaqəli qurumlar (Radiotezliklər üzrə Dövlət Komissiyası, Milli Televiziya və Radio Şurası), vakansiyalar, kitabxana, kadr siyasəti (təhsil müəssisələri, elmi tədqiqat institutları, tədris mərkəzləri), lüğət.

Göründüyü kimi sayt olduqca zəngindir və burada xeyli faydalı bilgi toplanıb. Üstəlik tərtibat baxımından bu resurs xeyli fərqli təsir bağışlayır.

Ümumi nəticə isə bundan ibarətdir ki, saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan 33 adda informasiyadan 16-sı yerləşdirilib.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV