Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin www.agro.gov.az domen ünvanlı İnternet saytı, icmaldan da göründüyü kimi ən aşağı normalara belə cavab vermir.
Yəni sayt faktiki olaraq boş bir resurs hesab edilə bilər. Buna görə də www.agro.gov.az resursu ilə bağlı ayrıntılı tövsiyələr verməyi lüzumsuz hesab edərək bildirmək istərdik ki, nazirlik sıfırdan başlayaraq yeni bir sayt qursa məqsədə uyğun olardı.