Sunday 23rd February 2020,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Hesablama Palatasının www.ach.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Hesablama Palatasının www.ach.gov.az ünvanlı İnternet saytı bir sıra bölmələr üzrə zəngin və dolğun bilgi verməsi baxımından ilk baxışdan diqqəti çəkir. Həm də bu bilgilər yetərincə ayrıntılı şəkildə təqdim edilib. Təbii ki, bu saytın müsbət və təqdirəlayiq yönlərindəndir. Bununla belə saytda çatışmayan yönlər də var. Özəlliklə də cari bilgilər baxımından sayt bir qədər geri qalır. Gündəlik xəbərlər hardasa iki həftə öncəyə aiddir. Halbuki cari informasiya dedikdə gündəmdə olan və çağdaş informasiya texnologiyaları baxımından saniyələrlə ölçülən zaman kəsiminə aid bilgilər anlaşılır. Saytın texniki imkanları da normaldır. Burada abunə və onlayn müraciət imkanları da təklif edilir. Ancaq qaynar xətt imkanı təklif edilmir. Ümumiyyətlə isə, saytın görünüşü aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı təqdim edilmiş bütün bilgilər (qurumun tarixi, rəhbərləri haqqında və kollegiya, qurumun fəaliyyətini təmin edən qanunverici baza və əsasnamə) tamdır.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları, qurumun ünvanının marşrut və sxemi və quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat haqqında bütün bilgilər tam şəkildə təqdim edilir.  

3.    Qurumun strukturunun ümumi sxemi, qurumun alt bölmələri və regional strukturu, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri barədə bütün bilgilər saytda əks etdirilir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə üçün də lazımlı bütün bilgilər (əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkan) təqdim edilir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya, quruma aid olan hər cür başqa cari informasiya, qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər verilir. Ancaq mətbuat üçün açıqlamalar bir qədər gecikir.

6.    Qurumun büdcəsi və onun icrası haqqında məlumatlar təqdim edilsə də tam sayılacaq qədər deyil. Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiya isə yoxdur.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında elektron formada təklif olunan xidmətlər, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə bilgilərə rast gəlinmir. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri və onlayn müraciət imkanı barədə isə bilgilər tamdır.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında yalnız dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi barədə bilgilər verilsə də dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgilərə rast gəlinmir.

9.    Sahə işçilərinin əmək haqları barədə rəhbər, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası tam şəkildə təqdim edilir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə isəyalnız qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları təqdim edilir. Nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, nə dövlət qurumunda vətəndaşların qəbul qaydaları, nə də dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər verilmir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı isə tenderlərin keçirilməsi ilə bağlı elanlar və elanların arxivi əks etdirilir. Ancaq qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tender və yarışmaların nəticələri və tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları barədə bilgilər saytda yer almayıb.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan bölmədə heç bir bilgi təqdim edilməyib.

13.    Saytın texniki imkanları yaxşıdır və bütün bilgilər yetərli sayıla biləcək həddədir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

    arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

    ARXİV