Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Hesablama Palatasının www.ach.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Hesablama Palatasının www.ach.gov.az ünvanlı İnternet saytı, artıq icmaldan da anlaşıldığı kimi, bir çox əsas bölmələr üzrə ayrıntılı bilgi verilməsi baxımından təqdir ediləcək durumdadır. Həm də onu qeyd etmək lazımdır ki, bu bilgilər tam, dolğun, yetərincə anlaşıqlı şəkildə təqdim edilib. Bununla belə saytda bəzi bölmələr və ayrı-ayrı göstəricilər üzrə heç bir bilgi verilmədiyi hallar da gözdən qaçmır. Düzdür, saytın texniki imkanları onun bu yöndən təkmilləşdirilməsinə gərək buraxmır. Ancaq e-xidmətlərin olmaması ciddi çatışmazlıq kimi dəyərləndirilə bilər. Ümumi fikrimiz bundan ibarətdir ki, bu saytın təkmilləşdirilməsi üçün imkanlar genişdir və ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim edirik:

1.    Qurum ilə bağlı informasiyalar tam şəkildə təqdim edildiyindən heç bir tövsiyəyə gərək yoxdur.

2.    Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması üçün də gərəkli bütün bilgilər əks etdirilir. Bunun üçün də əlavə bir tövsiyəyə gərək duyulmur.

3.    Növbəti tam şəkildə təqdim edilmiş bilgilər isə qurumun strukturu haqqında olan bilgilərdir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə üçün rəhbərin və onun müavinlərinin bioqrafiyaları, bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan təqdim edilməsi gərəkli olan bilgilərdir ki, bunlar da ətraflı şəkildə təqdim edilir.

5.    Qurumun cari fəaliyyəti haqqında yeganə tövsiyə var, o da mətbuat üçün açıqlamaların daha operativ şəkildə təqdim edilməsidir.

6.    Qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların ayrıntılı təqdim edilməsi zəruridir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə ayrıca e-xidmətlər bölməsinin əlavə edilməsi və qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə bilgilərin təüdim edilməsi gərəklidir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında təqdim edilmiş bilgilərlə yanaşı dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları və  işə qəbulla bağlı komissiyalar haqqında bilgilərin də əks etdirilməsi tövsiyələr sırasındadır.

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilər də tam şəkildə təqdim edildiyindən əlavə bir tövsiyə söylənilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə demək olar ki, bütün bilgilərin təqdim edilməsi gərəklidir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və elanların arxivi barədə bilgilərin verilməsi lazımlıdır.

12.    Qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri (tam mətni), bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv barədə bililgərin verilməsi tövsiyə olunur.  

13.    Saytın texniki imkanları və bilgilər yetərli olduğundan tövsiyəyə gərək yoxdur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV