Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az ünvanlı İnternet saytı, belə demək mümkünsə, özünün funksionallığı və texniki imkanları baxımından yetərli resurs təsiri bağışlaya bilərdi. Ancaq saytın içəriyi heç də dolğun olmadığı üçün bu fikri möhkəmləndirmək imkanı yoxdur. Bir çox bölmələr üzrə bilgi yoxluğu dərhal nəzərə çarpır. Qurum özü dövlət satınalmaları ilə məşğul olsa da onun özünə aid bu cür fəaliyyətləri haqqında bilgilərə rast gəlinmir. Üstəlik, şəffaflıq baxımından gərəkli olan büdcə və əmək haqları məsələləri haqqında da bilgi yoxdur. Bir sıra bölmələr üzrə verilən bilgilər isə çox zaman yetərli sayıla biləcək qədər deyil. Ümumiyyətlə isə, saytın durumu aşağıdakı kimidir:

1.    Qurum ilə bağlı qurumun tarixi, qurumun fəaliyyətini təmin edən qanunverici baza və əsasnamə haqqında bilgilər təqdim edilsə də rəhbərlər haqqında bilgilər faktiki olaraq yoxdur.

2.    Ziyarətçilərin qurumu ilə əlaqə saxlaması baxımından qurumun yerləşdiyi ünvan, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları əks etdirilir. Ancaq qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat haqqında bilgilərə rast gəlinmir.

3.    Qurumun strukturu haqqında qurumun alt bölmələri və regional strukturu və struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar təqdim edildiyi halda qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri və qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilər barədə heç bir məlumat verilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə üçün isə qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurum ilə əks əlaqə üçün ümumi imkan əks etdirilir. Əsas rəhbərin, onun müavinlərinin və struktur bölmələrinin rəhbərlərinin bioqrafiyaları haqqında heç bir bilgi təqdim edilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri, qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər yoxdur. Mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya və quruma aid olan hər cür başqa cari informasiyalar təqdim edilsə də yetərli bilgi saymaq olmaz.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə təəssüf ki, heç bir bilgi əks etdirilmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər barədə olan bölmə yeganə bölmədir ki, bütün göstəriciləri üzrə bilgi verilib. Qumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərin keyfiyyət göstəriciləri, onlayn müraciət imkanı, qaynar xətt və xidmətlərdən istifadə qaydaları barədə yetərli bilgilər var.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında isə qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgi, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar və boş iş yerləri haqqında elanların arxivi haqqında bilgilər təqdim edilməsi gərəkdiyi halda bu bilgilərin heç biri haqqında məlumat saytda yer almamışdır.

9.    Sahə işçilərinin əmək haqları barədə də heç bir bilgi verilməmişdir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə nə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, nə qurumda vətəndaşların qəbul qaydaları, nə də dövlət qulluqçusunun etika qaydaları haqqında bilgilər təqdim edilmir. Burada ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatlarıbarədə bilgilər verilir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı da bilgilər əks etdirilmir.

12.    Növbəti təqdim edilməyən bilgi qurumun norma- (qanun)yaratma fəaliyyəti barədədir.

13.    Saytın texniki imkanlarını isə normal hesab etmək olar.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV