Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az ünvanlı İnternet saytı, icmaldan da anlaşıldığı kimi, heç də ürəkaçan durumda deyil. Bir çox bölmələr və göstəricilər üzrə heç bir bilginin olmaması, olanların da yetərli sayıla bilməməsi bu saytla bağlı hələ çox işlərin görülməsini gərəkdirməkdədir. Saytın görkəminə əl gəzdirməyə gərək var. Ümumi mənzərə ondan xəbər verir ki, bu saytın bilgi tərkibi ilə elə də ciddi məşğul olunmur. Çünki ən yeni sayıla biləcək cari informasiya ötən ilin noyabr ayına aiddir. Təbii ki, belə bir yanaşma heç də yeni texnologiyalar çağı ilə ayaqlaşmaqdan xəbər vermir. Bununla belə, saytın təkmilləşdirilmə imkanları da yox deyil. Ona görə aşağıda bu yöndə bəzi tövsiyələrimizi diqqətə çatdırırıq:

1.    Qurum haqqında bilgilər sırasına qurumun daha öncəki və indiki rəhbərləri haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.  

2.    Ziyarətçilərin qurum ilə əlaqəsinin yaxşılaşdırılması üçün yaxşı olardı ki,  qurumun ünvanının marşrut və sxemi, quruma getmək üçün müxtəlif istiqamətlərdən gələn ictimai nəqliyyat haqqında bilgilər də əks etdirilsin.

3.    Qurumun strukturu barədə təqdim edilmiş qurumun alt bölmələri və regional strukturu və struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar haqqındakı bilgiləri təkmilləşdirilməsi və qurumun strukturunun ümumi sxemi, struktur bölmələrinin tam ünvanları, struktur bölmələrinin səlahiyyət çərçivələri, qurumun tabeliyindəki informasiya sistemləri haqqında bilgilərin isə təqdim edilməsi zəruridir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə bütün vəzifəli şəxslər barədə bioqrafik bilgilərin  verilməsi gərəklidir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, quruma aid olan informasiya və  quruma aid olan hər cür başqa cari informasiya barədə bilgiləri daha ayrıntılı şəkildə təqdim etməli və qurumdaxili əmr və qərarlar, bu cür aktların reyestri və qurumun həyata keçirdiyi proqram və layihələr barədə bilgilər verilməlidir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə qurumun büdcəsi və onun icrası haqqında məlumat və büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyaların təqdim edilməsi tövsiyə olunur.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında informasiyalar ətraflı şəkildə təqdim edildiyindən əlavə tövsiyəyə gərək duyulmur.

8.    Yaxşı olardı ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında dövlət qurumu və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı komissiyalar haqqında bilgilər, dövlət qurumu və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar, boş iş yerləri haqqında elanların arxivi kimi bilgilər saytda yer alsın.  

9.    Sahə işçilərinin əmək haqları barədə də eyni tövsiyəni söyləmək olar.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə həmçinin vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, dövlət qurumunda vətəndaşların qəbul qaydaları və dövlət qulluqçusunun etika qaydaları haqqında da ayrıntılı bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı isə bütün göstəricilər (qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanlar, tender və yarışmaların nəticələri, elanların arxivi, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları) üzrə bilgi verilməsi lazımlıdır.

12.    Təqdim edilməsi gərəkli olan bilgilərdən biri də qurumun norma- (qanun)yaratma fəaliyyəti barədə olan (qurumun cari norma- (qanun)yaratma fəaliyyəti, bütün mümkün normativ aktların layihələri, bu cür layihələrin müzakirəsində vətəndaşların iştirak şərtləri və qurumun norma- (qanun)yaratma fəaliyyəti ilə bağlı arxiv) bilgilərdir.

13.    Saytın texniki imkanlarını normal hesab edildiyindən əlavə bir tövsiyə söylənilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV