Friday 22nd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Qax Rayon İcra Hakimiyyəti www.qax-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Qax Rayon İcra Hakimiyyəti  www.qax-ih.gov.az domen adlı İnternet resursu da digər resurslardan fərqlənən bir formadadır. Bilgilər baxımından isə bəzi bilgilər təqdim edilsə də bəzi bilgilərə rast gəlinmir. Təqdim edilmiş bilgilərə giriş isə bir az dolayısı yolladır. Bundan əlavə saytda “İnformasiya əldə etmək haqqında” qanunda nəzərdə tutulan informasiyaların çoxu əks olunmayıb. Məsələn ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası, icra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər haqqında, işə qəbul qaydaları və boş iş yerləri haqqında, sahə işçilərinin əmək haqları haqqında bilgilər təəssüf ki, yoxdur. Saytın ümumi görünüşü aşağıdakı kimidir:

1.    Rayon haqqında təqdim edilmiş bilgiləri yetərli saymaq olar. Ancaq qurum haqqında yalnız bir bilgi təqdim edilir. O da qurumun başçısının bioqrafiyasıdır.  Quruma daha öncə başçılıq etmiş şəxslər barədə bilgilər, dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu və icra aparatı haqqında bilgilər isə yoxdur.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Ancaq quruma başqa yerlərdən getmək üçün marşrut və ictimai nəqliyyat haqqında bilgi verilmir.

3.    Qurumun strukturu haqqında sözlü bilgilər təqdim edilsə də burada nə qurumun strukturunun sxemi, nə qurumun alt bölmələri və  yerli icra nümayəndəlikləri, nə də struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında heç bir bilgi təqdim edilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından da təqdim edilən bilgilər elə də ürək açan deyil. Burada qurumun rəhbərinin bioqrafiyası, qurum ilə əks əlaqə üçün ümumi imkanlar və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları təqdim edilsə də struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında heç bir bilgi verilmir.   

5.    Qurumun cari fəaliyyəti haqqında saytda mətbuat üçün açıqlamalar və qurum haqqında informasiyalar təqdim edilsə də qurumun həyata keçirdiyi proqram və layihələr, qurumdaxili əmr və sərəncamlar, onların reyestri haqqında heç bir bilgi əks etdirilmir.

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında saytda heç bir bilgiyə rast gəlinmir.  

7.    Eyni sözləri qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər,  elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında da demək mümkündür.

8.    Boş iş yerləri və işə qəbulla bağlı təqdim edilməsi gərəkli olan bilgilərdən qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi,  işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə heç bir bilgi təqdim edilmir.

9.    Qurumun işçilərinin əmək haqları ilə bağlı heç bir məlumat saytda əks etdirilmir.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə yalnız bir məlumat verilir ki, o da qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqındadır. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və qurumda vətəndaşların qəbul qaydaları barədə isə bilgilər əks etdirilmir.  

11.    Qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyalar təqdim edilmir.

12.    Saytın texniki imkanları normaldır.  Onlayn müraciət forması təqdim edilsə də abunə imkanı yoxdur.  

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV