Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti www.ganja-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyətinin www.ganja-ih.gov.az ünvanlı İnternet resursu, hiss edilir ki, hələ çox yenidir və yetərincə dolğun deyil. Saytda bir sıra bölmələr verilsə də onların içi boşdur. Bəzi bölmələr isə tam və dolğun deyil. Saytın texniki imkanlarını indiki vəziyyət üçün yetərli saymaq olar. Ancaq bu heç də o demək deyil ki, bu durumdakı sayt texniki baxımdan tam məqbul sayıla bilər. Bu şəhərin İnternet resursunun ümumi görüntüsü aşağıdakı kimidir:

1.    Şəhər haqqında məlumat, tarixi, mədəniyyəti və s. haqqında bilgilər tamdır. Ancaq qurum ilə bağlı icra hakimiyyətinin başçısı, bioqrafiyası
və icra aparatı, struktur, qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR qanunu haqqında heç bir bilgi verilmir.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun ünvanı, həm ümumi xarakterli, həm də ayrı-ayrı xidmət və alt bölümlərin telefon və faks nömrələri və  mümkün olan bütün e-poçt ünvanları tam şəkildə təqdim edilir.

3.    Qurumun strukturu barədə heç bir bilgiyə (icra hakimiyyətinin alt bölmələri və  yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər, bələdiyyələr haqqında məlumatlar) rast gəlinmir.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun rəhbəri və qurum ilə əks əlaqə üçün ümumi imkanlar yetərlidir. Lakin əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında heç bir bilgi verilmir.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş açıqlamalar operativ deyil. Şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları, şəhərin ictimai həyatı, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər, cari işlər (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) və şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər təqdim edilmir.

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilər əks etdirilmir.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında icra hakimiyyətinin təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları barədə bilgilər əks etdirilmir. Burada ancaq onlayn müraciət etmək imkanı təqdim edilir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında da heç bir bilgi verilmir.

9.    Təqdim edilməyən növbəti bilgi sahə işçilərinin əmək haqları barədə olan bilgilərdir.  

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında yalnız  qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər yetərli şəkildə təqdim edilir. Vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və icra hakimiyyətində vətəndaşların qəbul qaydaları barədə bilgilər isə əks etdirilmir.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya, icra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və tenderlərin keçirilməsi ilə bağlı elanlar barədə də heç bir bilgi saytda yer almamışdır.

12.    Saytın texniki imkanları yaxşıdır. Burada abunə imkanı verilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV