Saturday 23rd November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyəti www.ganja-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Gəncə Şəhər İcra Hakimiyyətinin www.ganja-ih.gov.az ünvanlı İnternet resursu, qeyd etdiyimiz kimi heç də yetərli sayıla biləcək qədər dolğun deyil. Hətta deyərdik ki, sayt faktiki olaraq bəzi istisnalarla boş sayıla bilər. Bununla belə, saytın təkmilləşdirilməsi üçün imkanlar da yox deyil. Elə ona görə də aşağıda bu yöndə bəzi tövsiyələrimizi təqdim etmək istərdik:

1.    Şəhər haqqında təqdim edilmiş bilgilər tam olduğundan əlavə tövsiyəyə gərək duyulmur. Qurum ilə bağlı isə icra hakimiyyətinin başçısı, bioqrafiyası
və icra aparatı, struktur, qurumun əsasnaməsi, dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR qanunu haqqında bilgilərin təqdim edilməsi gərəklidir.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün təqdim edilmiş bilgilər sırasına qurumun ünvanının sxemini və digər yerlərdən quruma gəlmək üçün ictimai nəqliyyat vasitələri barədə bilgilərin  daxil edilməsi tövsiyə olunur.

3.    Qurumun strukturu barədə icra hakimiyyətinin alt bölmələri və  yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları və bələdiyyələr haqqında məlumatların saytda yerləşdirilməsi gərəklidir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından isə əsas rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.

5.    Qurumun cari fəaliyyəti haqqında bilgilərin operativ şəkildə təqdim edilməsi və Şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları, şəhərin ictimai həyatı, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər, cari işlər (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə) və şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilərin işıqlandırılması tövsiyələr sırasındadır.  

6.    Ümumi dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası barədə bilgilərin təqdim edilməsi yaxşı olardı.

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında verilmiş  onlayn forma ilə bərabər icra hakimiyyətinin təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

8.    Yaxşı olardı ki, işə qəbul qaydaları və boş iş yerləri haqqında icra hakimiyyəti və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilər əks etdirilsin.

9.    Həmçinin sahə işçilərinin əmək haqları barədə bilgilərin də təqdim edilməsi tövsiyə olunur.

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında isə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və  icra hakimiyyətində vətəndaşların qəbul qaydalarının təqdim edilməsi zəruridir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya, icra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və tenderlərin keçirilməsi ilə bağlı elanların da təqdim edilməsi gərəklidir.

12.    Saytın texniki imkanları sırasına abunə imkanının əlavə edilməsi tövsiyələr sırasındadır.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV