Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti www.shamkir-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti www.shamkir-ih.gov.az domen adlı İnternet resursu quruluş və bəzi məlumatların zənginliyi baxımından sayt müsbət mənada çox fərqlənsə də monitorinq üçün gərəkli informasiyaların kasadlığı ilə də seçilir. Burada təqdim edilmiş bilgilər həm çox qısadır, həm də giriş bir neçə etapdan ibarətdir. Yəni istifadə üçün rahat tərtib edilməyib. Həmçinin cari informasiyalar təqdim edilmir demək olar çünki saytda ən son məlumat dörd il bundan öncəyə aiddir. Qurumun resursunun ümumi görüntüsü aşağıdakı kimidir:

1.    Rayon haqqında təqdim edilmiş bilgilər yetərli deyil. Qurum haqqında qurumun rəhbəri barədə qısa bilgi və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu əks etdirilir. Lakin qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilər çatışmır.    

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilsə də qurumun ünvanının sxemi, quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilərə rast gəlinmir.   

3.    Qurumun strukturunun qısaca bir sxem təqdim edilir ki, bu da yetərsizdir. Qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr barədə bilgilər isə saytda yer almamışdır.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə rəhbər haqqında qısa bilgi və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında olan məlumatlar isə çatışmır.

5.    Qurumun cari fəaliyyəti haqqında demək olar ki, bilgilər işıqlandırılmır. Çüni ən son məlumat 14 mart 2008-ci ilə aiddir. Təbii ki, bu da cari məlumat sayıla bilməz. Bununla yanaşı qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də əks etdirilmir.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilmir.       

7.    Daha bir təqdim edilməyən bilgilər qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında məlumatlardır.    

8.    Həmçinin boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar da təqdim edilməyən bilgilərdəndir.   

9.    Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərə də rast gəlinmir.    

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə qısa bilgilər təqdim edilsə də qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər verilmir.  

11.    Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlıdır.    

12.    Saytın texniki imkanları normaldır. Ancaq bu imkanlardan istifadə olunur. Abunə imkanı və onlayn müraciət forması saytda yer almışdır.    

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV