Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti www.shamkir-ih.gov.az domen adlı İnternet resursu texniki imkanlar baxımından yaxşıdır. Hətta burada gərəkli olan bölmələrin demək olar ki, əksəriyyəti yaradılıb ancaq daxili boşdur. Yəni məlumat yerləşdirilməyib. Saytın texniki imkanlarını nəzərə alaraq saytın təkmilləşdirilməsinin mümkün olduğunu söyləmək olar. Buna görə də hər bir bənd üzrə tövsiyələrimizi qeyd edirik.
1. Rayon haqqında bilgilərin daha ətraflı və dolğun təqdim edilməsi, həmçinin qurum barədə təqdim edilmiş bilgilərin dolğunlaşdırılması tövsiyə olunur. Və qurumun öncəki rəhbərləri, qurumun əsasnaməsi barədə bilgilərin də təqdim edilməsi tövsiyələr sırasındadır.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsinin yaxşılaşdırılması baxımından qurumun ünvanının sxemi, quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilərin də saytda yer alması yaxşı olardı.
3. Qurumun strukturu barədə isə qurumun strukturunun ətraflı təqdim edilməsi və qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri, bələdiyyələr barədə bilgilərin saytda yerləşdirilməsi tövsiyə olunur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında məlumatların da əks etdirilməsi gərəklidir.
5. Qurumun cari fəaliyyəti barədə bilgilərin günümüzlə uyğunlaşması və operativ halda təqdim edilməsi tövsiyə olunur. Həmçinin qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin də əks etdirilməsi lazımlıdır.
6. Yaxşı olar ki, dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda öz əksini tapsın.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.
8. Eyni tövsiyə boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar barədə bilgilərə aid edilir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması yaxşı olardı.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin sayta daxil edilməsi tövsiyə olunur.
11. Daha bir tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların da saytda əks etdirilməsi ilə bağlıdır.
12. Saytın texniki imkanlarından effektiv istifadə edilməsi və saytın təkmilləşdirilməsi tövsiyə olunur.