Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti www.shamaxi-ih.gov.az domen adlı İnternet resursunu da unudulmuş resurslar sırasına aid etmək olar. Həm məlumat kasadlığı baxımından həm də cari informasiyaların təqdim edilməsi baxımından sayt çox geridə qalır. Həmçinin burda tam şəkildə təqdim edilmiş bilgi yoxdur demək olar. Əks etdirilmiş bilgilər də yarımçıq şəkildədir. Qurumun resursunun ümumi görüntüsü aşağıdakı kimidir:
1. Rayon haqqında təqdim edilmiş bilgiləri yetərli saymaq olar. Qurum haqqında qurumun rəhbərinin bioqrafiyası, dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu təqdim edilir. Ancaq qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilər yoxdur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilir. Ancaq qurumun ünvanının sxemi, quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilər verilmir.
3. Qurumun strukturu barədə struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları və bələdiyyələr haqqında məlumatlar təqdim edilir. Qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin səlahiyyət çərçivələri barədə bilgilər isə yoxdur.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə rəhbərin və onun müavinləri haqqında bilgilər, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurum ilə əks əlaqə üçün ümumi imkanlar saytda əks etdirilmişdir. Burada təqdim edilməyən qurumun rəhbəri ilə əks əlaqə imkanı, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında olan məlumatlardır.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş açıqlamalar operativ sayıla bilməz. Ən son informasiya 04 noyabr 2011-ci ildə təqdim edilmişdir. Təbii ki, də bu informasiya cari sayıla bilməz. Bununla yanaşı qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də əks etdirilmir.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilərə rast gəlinmir.
7. Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında məlumatlar da əks etdirilməyən məlumatlar sırasındadır.
8. Növbəti təqdim edilməyən bilgilər boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlardır.
9. Həmçinin sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərə də rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə qısa bilgilər təqdim edilsə də qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər verilmir.
11. Daha bir təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı bilgilərdir.
12. Saytın texniki imkanları normal yayılır. Ancaq burada nə onlayn müraciət forması nə də abunə imkanı yoxdur.