Azərbaycan Respublikası Şuşa Rayon İcra Hakimiyyəti www.shusha-ih.gov.az domen adlı İnternet resursu növbəti sıradan bir resursdur. Burada da bilgi çatışmamazlığı, sayta nəzarətin zəifliyi ilk nəzərə çarpan amillərdir. Sayt barədə elədə çox söz söyləmək mümkün deyil çünki məlumat kasadlığı çoxdur. Saytın ümumi görüntüsü aşağıdakı kimidir:
1. Rayon haqqında təqdim edilmiş bilgilər normaldır. Qurum haqqında isə yalnız qurumun rəhbəri barədə bilgi saytda yer almışdır. Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilər çatışmır.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, e-poçt ünvanları təqdim edilsə də qurumun ünvanının sxemi, quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilərə rast gəlinmir.
3. Qurumun strukturunun sxemi təsvir edilsə də sözlü bilgilər verilmir. Qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr barədə bilgilər isə təqdim edilməyən bilgilərdəndir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə rəhbər haqqında bilgi və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında olan məlumatlar isə təqdim edilməyən bilgilər sırasındadır.
5. Qurumun cari fəaliyyəti haqqında bilgilər operativ çəkildə təqdim olunmur. Son təqdim edilmiş informasiya 17 noyabr 2011-ci ilə aiddir. Qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də əks etdirilmir.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilərə saytda rast gəlinmir.
7. Daha bir təqdim edilməyən bilgilər qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında məlumatlardır.
8. Həmçinin boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar da təqdim edilməyən bilgilərdəndir.
9. Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilər də verilmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə çox qısa bilgi verilsə də qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər heç yoxdur.
11. Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlıdır.
12. Saytın texniki imkanlarını normal saymaq olar. Saytda həmçinin abunə imkanı və onlayn müraciət forması da təqdim edilmir.