Thursday 21st November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti www.lenkeran-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyətinin www.lenkeran-ih.gov.az ünvanlı İnternet resursu, artıq icmalda da qeyd etdiyimiz kimi, bir sıra göstəricilər üzrə bilgilərin yoxluğu və interaktivlik baxımından axsaması yönündən diqqət çəkir. Saytın texniki imkanlarını indilik yetərli saydığımız üçün onun təkmilləşdirilməsini də mümkün hesab edirik. Ona görə də düşünürük ki, bu yöndə təkliflərimizi diqqətə çatdıraq. Beləliklə, resursun təkmilləşdirilməsi üçün tövsiyələrimiz:

1.    Rayon haqqında bilgilər tam təqdim edildiyindən əlavə tövsiyəyə gərk yoxdur. Qurum haqqında isə struktur, İH əsasnaməsi, dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu  barədə bilgilərin verilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün bilgilər tamdır. Ancaq yaxşı olardı ki, bu bilgilərlə yanaşı qurumun ünvanının sxemi və quruma başqa yerlərdən getmək üçün nəqliyyat vasitələri barədə bilgilər əlavə edilsin.

3.    Qurumun strukturu barədə struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında məlumatların əks etdirilməsi tövsiyələr sırasındadır.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından sturuktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilərin təqdim edilməsi tövsiyə olunur.   

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilər sırasına şəhərdə həyata keçirilən dövlət layihələri və proqramları,şəhərin ictimai həyatı, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları barədə bilgilərin də daxil edilməsi tövsiyə olunur.  

6.    Ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası barədə də bilgilərin saytda yer alması gərəklidir.  

7.    Qurum tərəfindən təklif edilən xidmətlər haqqında isə onlayn müraciət etmək imkanından başq qurumun təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, xidmətlərdən istifadə qaydaları barədə bilgilərin də təqdim edilməsi gərəklidir.

8.    İşə qəbul qaydaları və boş iş yerləri haqqında icra hakimiyyəti və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanların əks etdirilməsi lazımlıdır.

9.    Yaxşı olardı ki, sahə işçilərinin əmək haqları barədə bilgilər saytda əks etdirilsin.  

10.    Daha bir təqdim edilməsi gərəkli olan bilgilər vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə olan vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi və icra hakimiyyətində vətəndaşların qəbul qaydaları haqqındakı bilgilərdir.  

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiya, icra hakimiyyəti tərəfindən tender və yarışmaların keçirilmə qaydaları, tenderlərin keçirilməsi ilə bağlı elanların əks etdirilməsi tövsiyələr sırasındadır.  

12.    Saytın texniki imkanları sırasına abunə imkanının daxil edilməsi tövsiyə ounur.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV