Azərbaycan Respublikası Tərtər Rayon İcra Hakimiyyəti www.terter-ih.gov.az domen adlı İnternet resursunda da çox az bilgilər yer almışdır. Saytda dolğun şəkildə təqdim edilmiş bilgi ancaq rayon haqqında olan bilgilərdir. Digər bilgilər ya təqdim edilmir, ya da ətraflı şəkildə deyil. Doğrudur buradakı bilgilər bəzi qurumun saytlarında hətta yoxdur. Ancaq buna baxmayaraq bu bilgiləri yetərli hesab etmək olmaz. Qurumun resursunun ümumi görüntüsü aşağıdakı kimidir:
1. Rayon haqqında təqdim edilmiş bilgilər dolğun və yetərlidir. Qurum haqqında qurumun rəhbəri barədə bioqrafik bilgilər və dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu əks etdirilir. Qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilər isə təqdim edilmir.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun telefon nömrəsi, e-poçt ünvanı təqdim edilsə də qurumun ünvanı, faks nömrəsi, ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilər yoxdur.
3. Qurumun strukturunun sxem və əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər təqdim edilir. Ancaq sturuktur barədə sözü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr barədə bilgilər saytda yer almamışdır.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə qurumun rəhbərinin bioqrafiyası, qurum ilə əks əlaqə üçün ümumi imkanlar və ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları barədə bilgilər saytda yer almışdır. Burada çatışmayan qurumun rəhbərinin müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında olan məlumatlardır.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş bilgilər çox da operativ deyil. Həmçinin qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də əks etdirilmir.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər təqdim edilmir.
7. Həmçinin qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında məlumatlar da saytda yer almamışdır.
8. Daha bir təqdim edilməyən bilgilər boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlardır.
9. Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərə də saytda rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər əks etdirilir. Ancaq qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər verilmir.
11. Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlıdır.
12. Saytın texniki imkanları normal dəyərləndirilir. Ancaq abunə imkanı və onlayn müraciət forması saytda yer almışdır.