Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti www.tovuz-ih.gov.az domen adlı İnternet saytının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR

posted by

Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti  www.tovuz-ih.gov.az domen adlı İnternet resursu daxilində məlumatlar baxımından təəssüf ki, digər saytlardan seçilmir. Həmçinin saytın bəsit formada görünməsinə baxmayaraq bilgilərin əldə edilməsi o qədər də sadə deyil, dolayısı yolladır. yaradılmış bölmələr biraz qarışıqdır. Bu resursunda üzərində biraz işləməklə faydalı bir resursa çevirmək olar. Buna üçün də hər bir bənd üzrə tövsiyələrimizi aşağıda qeyd edirik.  

1.    Rayon haqqında bilgilərin ətraflı və dolğun təqdim edildiyindən əlavə bir tövsiyəyə gərək duyulmur. Qurum haqqında isə dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilərin əks etdirilməsi tövsiyə olunur.

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi baxımından ümumi bilgilər tamdır. Ancaq yaxşı olardı ki, əlavə olaraq qurumun ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilər təqdim edilsin.   

3.    Qurumun strukturu barədə təqdim edilmiş bilgilərlə bərabər struktur barədə sözü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr barədə bilgilərin də əks etdirilməsi tövsiyə olunur.         

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilməmiş olan ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilərin saytda yer alması tövsiyə olunur.       

5.    Qurumun cari fəaliyyəti barədə mətbuat üçün təqdim edilmiş açıqlamaların daha da operativ hala gətirilməsi və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilərin saytda yer alması tövsiyə olunur.

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilərin təqdim edilməsi yaxşı olardı.  

7.    Qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin təqdim edilməsi tövsiyələr sırasındadır.    

8.    Eyni tövsiyə boş iş yerləri və işə qəbulla bağlı olan qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlara aid edilir.  

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması yaxşı olardı.     

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında verilmiş bilgilər sırasına qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin daxil edilməsi tövsiyə olunur.      

11.    Daha bir tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların da saytda əks etdirilməsi ilə bağlıdır.  

12.    Saytın texniki imkanları sırasına abunə imkanının da daxil edilməsi tövsiyə olunur.   

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV