Tuesday 03rd December 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti www.tovuz-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti  www.tovuz-ih.gov.az domen adlı İnternet resursu quruluş baxımından digər resurslardan fərqlənsə də sayt çox bəsitidir. Burada rayon haqqında və rayonda yerləşmiş müəssisələr haqqında dolğun və ətraflı şəkildə məlumatlar yer almışdır. Ancaq monitorinq üçün gərəkli olan bilgilər təqdim edilməmişdir. Saytın ümumi görüntüsü aşağıdakı kimidir:

1.    Rayon haqqında təqdim edilmiş bilgilər dolğun və tamdır. Qurum haqqında yalnız qurumun rəhbəri barədə qısaca bilgi təqdim edilir. Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilər isə yoxdur.    

2.    Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun ünvanı, telefon və faks nömrələri, poçt indeksi və e-poçt ünvanı təqdim edilir. Burada çatışmayan yalnız qurumun ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilərdir.     

3.    Qurumun strukturunun sxem və əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında ətraflı bilgilər əks etdirilir. Ancaq struktur barədə sözü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr barədə bilgilər təqdim edilmir.  

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə rəhbəri və onun müavinlərini barədə qısaca bilgilər və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Burada çatışmayan ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında olan məlumatlardır.

5.    Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş bilgilər çox da operativ sayılmaz. Qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də saytda əks etdirilmir.  

6.    Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər də yoxdur.        

7.    Həmçinin qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında məlumatlar da saytda yer almamışdır.

8.    Həmçinin boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar da əks etdirilməmiş bilgilərdir.  

9.    Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərə də saytda rast gəlinmir.    

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər əks etdirilsə də qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər verilmir.  

11.    Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlıdır.    

12.    Saytın texniki imkanları orta səviyyədədir. Onlayn müraciət forması təqdim edilsə də abunə imkanı yoxdur.     

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV