Azərbaycan Respublikası Ucar Rayon İcra Hakimiyyəti www.ucar-ih.gov.az domen adlı İnternet resursu da bəsit və məlumat baxımından kasad olan saytlardandır. Burada təqdim edilmiş bilgilər barmaqla sayılacaq qədərdir. Və tam şəkildə deyil. Sayta nəzər saldıqda bu qurumunda saytı var deyilsin diyə yaradılıb fikrinə gəlmək olar. Ən əsas bilgilərdən olan qurumun rəhbəri, qurumun ünvanı, haqında bilgilər təqdim edilmir. Saytın ümumi görüntüsü aşağıdakı kimidir:
1. Rayon haqqında bilgilər dolğun şəkildə olmasa da təqdim edilir. Rayonun tarixi, əhalisi, təhsili, mədəniyyəti, səhiyyəsi haqqında qısa bilgilər təqdim edilir. Qurum haqqında isə heç bir bilgi təqdim edilmir. Başının ad və soyadını istisna etməklə. Dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun indiki və öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilər təqdim edilməyən bilgilərdir. isə yoxdur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün qurumun telefon və faks nömrələri, e-poçt ünvanı təqdim edilir. Ancaq qurumun ünvanı, ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilər verilmir.
3. Qurumun strukturu barədə beş altı kəlmədən ibarət bilgi və əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər təqdim edilir. Qurumun strukturunun sxemi, struktur barədə sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr barədə bilgilər isə əks etdirilmir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə yalnız qurum ilə əks əlaqə üçün ümumi imkanlar barədə bilgi təqdim edilir. Rəhbərin və onun müavinlərinin bioqrafiyaları, struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında olan məlumatlar isə saytda yer almamışdır.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün təqdim edilmiş informasiyalar bir il bundan öncəyə aid informasiyalardır. Təbii ki, bu informasiyalar cari adlana bilməz. Qurumdaxili əmrlər, sərəncamlar və qərarlar barədə bilgilər də əks etdirilməyən bilgilərdir.
6. Təəssüf ki, dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər də təqdim edilmir.
7. Həmçinin qurumun təklif etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında məlumatlar da saytda yer almamışdır.
8. Boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar da əks etdirilməyən bilgilərdəndir.
9. Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərə saytda rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər əks etdirilsə də qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər verilmir.
11. Daha bir təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlıdır.
12. Saytın texniki imkanları orta səviyyədədir. Saytda nə onlayn müraciət forması, nə də abunə imkanı yoxdur.