Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyəti www.khatai-ih.gov.az domen adlı İnternet resursu həm quruluş baxımından, həm də məlumat baxımından yaxşı mənada çox fərqlənir. Monitorinq üçün gərəkli olan bilgilərin demək olar ki, çox bir hissəsi yetərli şəkildə təqdim edilir. Cari informasiyalarda yerli yerindədir. Ümumiyyətlə sayta nəzər saldığımız zaman resursa ciddi nəzarətin olduğunu görürük. Doğrudur çatışmayan bilgilərdə var. Ancaq digər resurslardan fərqli olaraq elə də çox deyil. Ümumilikdə isə sayt aşağıdakı kimidir:
1. Rayon haqqında təqdim edilmiş bilgilər dolğun və tamdır. Burada rayon barədə gərəkli olan bütün bilgiləri əldə etmək çox asandır. Qurum haqqında qurumun rəhbərinin bioqrafiyası, qurumun aparatı ətraflı təqdim edilir. Ancaq çatışmayan dövlət qulluqçusunun etik davranış qaydaları haqqında AR qanunu, qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilərdir.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi üçün ümumi imkanlar (qurumun ünvanı, telefon və faks nömrələri, poçt indeksi və e-poçt ünvanı) təqdim edilir. Burada çatışmayan yalnız qurumun ünvanının sxemi və quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilərdir.
3. Qurumun strukturunu sxemi, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları və bələdiyyələr haqqında məlumatlar təqdim edilir. Burada çatışmayan yeganə struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında olan bilgilərdir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə barədə rəhbəri bioqrafiyası, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları və qurumun ilə əks əlaqə üçün ümumi imkanlar əks etdirilsə də struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilər təqdim edilmir.
5. Qurumun cari fəaliyyəti haqqında mətbuat üçün açıqlamalar, rayonun ictimai həyatı haqqında və rayonun ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər ətraflı şəkildə təqdim edilir. Burada çatışmayan rayonda həyata keçirilən dövlət layihələri və proqramları haqqında məlumatlar, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında olan bilgilərdir.
6. Dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər əks etdirilmir.
7. Qurumun təklif etməli olduğu xidmətlər haqqında yalnız onlayn müraciət etmək imkanı mövcuddur. Qurumun təqdim etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər və xidmətlərdən istifadə qaydaları haqqında bilgilər saytda yer almamışdır.
8. Həmçinin boş iş yerləri və işə qəbulla bağlı qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası haqqında bilgi, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında bilgi, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlar da əks etdirilməmiş bilgilərdir.
9. Sahə işçilərinin əmək haqları ilə bağlı bilgilərə də saytda rast gəlinmir.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları barədə bilgilər hətta əlaqə vasitələri belə təqdim edilir. Ancaq qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə bilgilər yoxdur.
11. Növbəti təqdim edilməyən informasiya qurumda tenderlərin keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlıdır.
12. Saytın texniki imkanları yüksək səviyyədədir. Onlayn müraciət forması təqdim edilsə də abunə imkanı yoxdur.