Sunday 24th November 2024,

2012

Ξ Leave a comment

Azərbaycan Respublikası Xəzər Rayon İcra Hakimiyyəti www.xazar-ih.gov.az domen adlı İnternet saytının monitorinqinin yekunu /İCMAL/

posted by

Azərbaycan Respublikası Xəzər Rayon İcra Hakimiyyəti www.xazar-ih.gov.az ünvanlı İnternet resursu 2008-ci ildən yaradılmasına baxmayaraq bu illər ərzində saytda heç bir  irəliləyiş edilməyib. Sayt çox bəsit bir formada yaradılıb və elə də qalıb. Məlumatlar isə demək olar ki, yox səviyyəsindədir. Saytın yaradıldığını və xüsusilə də 2011-ci ildən sonra tamamen nəzarətin olmadığını demək mükündür. Hətta burada rayonun adının dəyişməsinə baxmayaraq saytda əvvəlki adın qeyd edildiyini görmək mümkündür.  Saytın ümumi görünüşü isə aşağıdakı kimidir:

1.    Rayon haqqında ümumi bilgilər təqdim edilir. Ancaq bu bilgilərin yetərli olduğunu söyləmək mümkün deyil. Qurum ilə bağlı isə təqdim edilmiş yeganə bilgi qurumun rəhbəri haqqında 3 cümlədən ibarət məlumatdır. Nə qurumun əsasnaməsi, nə dövlət qulluqçusunun etik davranış  qaydaları haqqında AR  qanunu, nə də qurumun öncəki rəhbərləri haqında bilgilər saytda yer almamışdır.  

2.    Ziyarətçilərin qurum ilə əlaqə saxlaması üçün qurumun yerləşdiyi ünvan, telefon və faks nömrələri, mümkün olan bütün e-poçt ünvanları barədə təqdim edilmiş bilgiləri tam hesab etmək olar.  Ancaq qurumun ünvanını sxemini və quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilər təqdim edilmir.

3.    Qurumun strukturu barədə qısaca bilgil təqdim edilsə də bu bilgilər yetərli deyil. Qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri haqqında bilgilər , əsas idarə və müəssisələr, banklar, təhsil və mədəniyyət qurumları haqqında bilgilər, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar, struktur bölmələrinin səlahiyyət çərçivələri və bələdiyyələr haqqında məlumatlar barədə heç bir bilgi təqdim edilmir.

4.    Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından qurumun başçısı və müavinləri haqqında çox qısa bilgi, və qurum ilə əks əlaqə üçün ümumi imkanlar təqdim edilir. Sturuktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, ayrı-ayrı struktur bölmələrinin rəhbərləri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası, şəhərdən seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilər saytda çatışmayan bilgilərdəndir.

5.    Qurumun cari fəaliyyəti haqqında təqdim edilmiş bilgilər 2011-ci ilə aiddir. Yəni bu bilgilər cari və faydalı sayılmır. Burada həmçinin icra hakimiyyətinin həyata keçirdiyi tədbirlər, cari işlər haqqında məlumatlar (təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə), rayonda həyata keçirilən dövlət layihələri və proqramları,şəhərin ictimai həyatı, qurumdaxili əmrlər, sərəncamlar və qərarlar, şəhərin ictimai-siyasi qurumları, media qurumları haqqında bilgilər də əks etdirilmir.

6.    Ümumi dövlət büdcəsinin icra hakimiyyətinə aid hissəsi və onun icrası barədə bilgilər təqdim edilmir.  

7.    İcra hakimiyyəti tərəfindən təklif edilən xidmətlər haqqında icra hakimiyyətinin təklif etməli olduğu mütləq xidmətlər, icra hakimiyyəti tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət etmək imkanı və xidmətlərdən istifadə qaydaları barədə bilgilər də təqdim edilməyən bilgilərdəndir.  

8.    Daha bir təqdim edilməyən bilgi işə qəbul qaydaları və boş iş yerləri haqqında qurumda və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar, icra hakimiyyəti və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanlardır.  

9.    Sahə işçilərinin əmək haqları barədə bilgilər də yoxdur.   

10.    Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) barədə vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgi, icra hakimiyyətində vətəndaşların qəbul qaydaları təqdim edilmir. Burada ancaq qurumun ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbul günləri və saatları haqqında bilgilər var.

11.    Tender və yarışmaların keçirilməsi ilə bağlı da bilgilər yoxdur.

12.    Saytın texniki imkanları da yaxşı səviyyədə deyil və burada nə abunə imkanı, nə də onlayn müraciət imkanı təqdim edilmir.

Məqaləni paylaş

Leave a Reply

Axtar

XƏBƏR LENTİ

SOSİAL LİNKLƏR

  • Axrıncı xəbərlər
  • Şərhlər
  • Teqlər

arxitektura komitesi asan xidmət astara rayon icra hakimiyyeti elektron xidmet internet sayti domen.az azerbaycan azerbaycan baki azerbaycan respublikasi azerbaycan respublikasi ali mehkeme elektron xidmet domain.az internet sayti azerbaycan respublikasi dovlet mesgulluq xidmeti internet sayti elektron xidmet domen.az azerbaycan respublikasi merkezi bank elektron xidmet internet sayti domain.az azerbaycan respublikasi rabite ve informasiya texnologiyalari nazirliyi elektron xidmet internet sayti domen.az baki baku berde rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az beyleqan rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bilesuvar rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az bineqedi rayon icra hakimiyyeti internet sayti domen.az elektron xidmet celilabad rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az dovlet elektron hökumət elektron xidmet elektron xidmetler elektron xidmətlər elmira suleymanova e xidmet freedom of information fuzuli rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az gedebey rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az goranboy rayonu icra hakimiyyeti internet sayti elektron xidmet domen.az haciqabul rayon icra hakimiyyeti internet sayti elektron xidmet domen.az informasiya azadlığı kend teserrufati nazirliyi komite medeniyyet ve turizm nazirliyi monitorinq nazirler kabineti nazirlik neqliyyat nazirliyi ombudsman qeyri hokumet teskilatlarina dovlet desteyi surasi elektron xidmet internet sayti domen.az qiymetli kagizlar komitesi sayt sehiyye statistika www.dtxk.gov.az ziya memmedov

ARXİV