Azərbaycan Respublikası Yardımlı Rayon İcra Hakimiyyəti www.yardimli-ih.gov.az domen adlı İnternet resursu icmaldan da göründüyü kimi 12 bölmədən 6-sı barədə nəinki məlumat vermək heç bu adda bölmələr belə yaradılmayıb. Digər 6 bölmə üzrə isə təqdim edilmiş bilgilərim hamısı tam şəkildə deyil. Ancaq bu bölmələri yaratmaq və məlumat təqdim etmək elə də çətin iş deyil. Bunu nəzərə alaraq hər bir bənd üzrə tövsiyələrimizi təqdim edirik.
1. Rayon haqqında bilgilər yetərli sayıldığından əlavə bir tövsiyəyə gərək duyulmur. Qurum haqqında isə təqdim edilmiş bilgilər sırasına qurumun öncəki rəhbərləri haqqında və qurumun əsasnaməsi barədə bilgilərin əlavə edilməsi tövsiyə olunur.
2. Ziyarətçilərin qurum ilə əks əlaqəsi baxımından yaxşı olar ki, qurumun ünvanı, ünvanın sxemi və quruma başqa yerlərdən gəlmək üçün nəqliyyat vasitələri haqqında bilgilər də təqdim edilsin.
3. Qurumun strukturu barədə isə struktur barədə sözlü bilgilər, qurumun alt bölmələri və yerli icra nümayəndəlikləri, struktur bölmələrinin rəhbərləri və onlarla əlaqə saxlamaq üçün imkanlar və struktur bölmələrinin səlahiyyət çərçivələri haqqında bilgilərin əks etdirilməsi gərəklidir.
4. Rəhbər və rəhbər işçilər onlarla əks əlaqə baxımından təqdim edilmiş bilgilər sırasına struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, qurumun rəhbəri ilə əks əlaqə imkanları, vətəndaşların müraciətlərinə baxılma qaydası və rayondan seçilmiş millət vəkili haqqında məlumat və əlaqə imkanı haqqında bilgilərin əlavə edilməsi tövsiyə olunur.
5. Qurumun cari fəaliyyəti barədə mətbuat üçün təqdim edilmiş açıqlamaların daha operativ hala gətirilməsi və qurumdaxili əmrlər, sərəncamlar və qərarlar haqqında bilgilərin təqdim edilməsi gərəklidir.
6. Yaxşı olardı ki, dövlət büdcəsinin quruma aid hissəsi və onun icrası haqqında bilgilər saytda yer alsın.
7. Qurumun təklif etməli olduğu xidmətlər barədə qurumun təqdim etməli olduğu mütləq xidmətlər, qurum tərəfindən təklif edilən əlavə xidmətlər, elektron formada təklif olunan xidmətlər, onlayn müraciət etmək imkanı və xidmətlərdən istifadə qaydaları haqqında bilgilərin əks etdirilməsi tövsiyə olunur.
8. Daha bir tövsiyə boş iş yerləri və işə qəbulla bağlı olan qurum və onun struktur bölmələrinə işə qəbulun hüquqi bazası, işə qəbulun norma və qaydaları, işə qəbulla bağlı mümkün komissiyalar haqqında, qurum və onun struktur bölmələrindəki mövcud boş iş yerləri haqqında elanların təqdim edilməsi barədədir.
9. Sahə işçilərinin əmək haqları barədə bilgilərin işıqlandırılması tövsiyələr sırasındadır.
10. Vətəndaşların qəbul şərtləri və qəbul günləri (saatları) haqqında verilmiş bilgilər sırasına qurumda vətəndaşların qəbul qaydaları və vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul norma və qaydaları barədə ümumi bilgilərin daxil edilməsi tövsiyə olunur.
11. Daha bir tövsiyə tender və yarışmaların keçirilməsi ilə bağlı elanlar, qurum tərəfindən tender və yarışmaların keçirilmə qaydaları və dövlət orqanları tərəfindən tender və yarışmaların keçirilməsinin qaydaları ilə bağlı ümumi informasiyaların da saytda əks etdirilməsi ilə bağlıdır.
12. Saytın texniki imkanları sırasına abunə və onlayın müraciət imkanının da daxil edilməsi tövsiyə olunur.